Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HƏR YERDƏ TƏZƏ İCRA BAŞÇISI ZÜLM ETSƏ DƏ...
HƏR YERDƏ TƏZƏ İCRA BAŞÇISI ZÜLM ETSƏ DƏ...19-11-2013, 10:29 |
Beyləqan rayonundan bir qrup sahibkar PİA.AZ-a müraciət edərək Beyləqanının keçmiş icra başçısı Xasay Əhmədovun onları uzun illər çalışdıqları Beyləqan bazarından zorla çıxardıqlarından şikayətçi olublar. Şikayətdə bildirilir ki, icra başçısı işlədiyi dövrlərdə Beyləqan bazarını qeyri qanuni olaraq özəlləşdirən Xasay Əhmədov indi də sahibkarları bazardan məcburi şəkildə çıxarır və uzun illər bu bazardan evlərinə çörək pulu aparan şəxsləri küçəyə atır. Belə ki, şikayətçilərin sözlərinə g.rə hazırda bazarı idarə edən keçmiş icra başçısının oğlu Xəqani Əhmədov Beyləqan bazarını sökdürərək yenidən təmir etdirir və təmir olunan mağazaları 3000-5000 min manat arasında satır. Sahibkarlar bildirirlər ki, mağazanı alandan sonra hər ayda 200-300 manat aylıq yer pulu verməlidirlər. Bu isə bazarda çalışanların faktiki olaraq ziyanla çalışması anlamına gəlir. Şikayətçilər bildirir, keçmiş icra başçısının oğlunun qoyduğu şərtlərlə razılaşmayan sahibkarlar bazara buraxılmıirlar. Həmçinin şikayətçilər qeyd edirlər ki, bazarda qiymətlərin həddindən artıq baha olması ilə bağlı Xəqani Əhmədovun müraciət ediblər və bu məsələ ilə bağlı lazımı orqanlara şikayət edəcəklərini deyiblər. Ancaq keçmiş icra başçısının oğlu onlara bildirib ki, kimə şikayət edirsiniz edin heç kəsdən çəkinmirəm, çünki hər ay icra başçısı Vaqif Abdullayevə hesab verir və başçı onun arxasında dayanıb. Buna görə də sahibkarlar etiraz aksiyası keçirməkdən başqa çıxış yolu görmürlər. Çünki Beyləqan icra başçısı Vaqif Abdullayevin onların probleminə bu qədər laqeyd yanaşdığı bir şəraitdə, ölkə rəhbəliyninin diqqətini öz problemlərinə cəlb etməyin başqa imkanını görmürlər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |