Əsas Səhifə > Sosial, Manşet > MƏMURLAR SUMQAYITDA TOQQUŞDULAR

MƏMURLAR SUMQAYITDA TOQQUŞDULAR


31-01-2012, 11:43
MƏMURLAR SUMQAYITDA TOQQUŞDULAR

BAŞ NAZİRİN MÜAVİNİ PA-NIN ŞÖBƏ MÜDİRİNƏ NƏDƏN QƏZƏBLƏNİB?

Baş nazirin birinci müavini Yaqub Eyyubovla Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov arasında yeni narazılıq yaranıb. Narazılığın yaranmasına səbəb isə Sumqayıt Texnologiyalar Zavodu ətrafında cərəyan edənlərdir.

Məlumata görə, zavod yaradılarkən orada Yaqub Eyyubovun da payı olub: "Bu zavod "Azərenerji" prezidenti Etibar Pirverdiyevə məxsus "Azinko" şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də elə Yaqub Eyyubov olub".

Məlumatda bildirilir ki, sonradan Etibar Pirverdiyevin hakimiyyət içində himayədarı dəyişib: "Məlum olduğu kimi, bir müddət əvvəl Pirverdiyevlə Baş nazirin birinci müavininin münasibətləri zədələndi, bundan sonra "Azərenerji" və onun rəhbəri Əli Əsədovun nəzarətinə keçdi. Beləliklə, "Azərenerji" prezidentinin birinci vitse-premyerlə əvvəlki ortaqlıqları da aradan qalxmış oldu. O cümlədən Sumqayıt Texnologiyalar Zavodundan Yaqub Eyyubova çatan pay da dayandırıldı. Bu isə Baş nazir müavininin xoşuna gəlməyib və Əli Əsədovla yenidən qarşıdurma müstəvisinə keçib".

İddialara görə, əslində son vaxtlar haqqında danışılan zavod öz rentabelliyini itiribmiş və zərərlə işləməyə başlayıbmış: "Bu isə Etibar Pirverdiyevi "Azərenerji"dəki gəlirlərinin müəyyən bir hissəsini zavoda yönəltməsinə səbəb olub. Pirverdiyev bu yolla müəssisəni bir müddət ayaqda tutmaq və onun rentabelliliyini yenidən təmin etmək istəyir. Elə Yaqub Eyyubova çatmalı olan payın kəsilməsi də bu böhranlı dövrə təsadüf edir. O da mümkündür ki, "Azərenerji" prezidenti zavodun kritik dövrünü əsas gətirərək Yaqub Eyyubovun bu müəssisə ilə də bağlarını qoparıb. Amma real olan odur ki, nəticədə baş nazirin birinci müavini iqtisadi məsələlər üzrə müşavirlə qarşıdurmaya gedib".

“Unikal”


Geri qayıt