Əsas Səhifə > Partiya > "YALNIZ AZƏRBAYCAN QEYRİ-MÜƏYYƏNLİK İÇİNDƏDİR"

"YALNIZ AZƏRBAYCAN QEYRİ-MÜƏYYƏNLİK İÇİNDƏDİR"


19-11-2013, 12:35
"YALNIZ AZƏRBAYCAN QEYRİ-MÜƏYYƏNLİK İÇİNDƏDİR"
“Azərbaycan çox vacib siyasi tarixi dövrə qədəm qoyub. Yaxın 5-10 ildə yaşadığmız siyasi coğrafiyanın mənzərəsi çox ciddi şəkildə dəyişə bilər.”

Bunu SalamNews-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

O bildirib ki, hazırda Azərbaycan çox ciddi, gərgin, qarışıq geopolitik proseslər içərisindədir: "Yaxın vaxtlarda keçiriləcək Vilnüs Sammiti regionun gələcəyi baxımından əhəmiyyətli olacaq. Bu sammitdə GUAM-a daxil olan ölkələrdən hansılarının Avropa İttifaqına yaxınlaşması, bu istiqamətdə addımlarını qətiləşdirməsi məsələsinə aydınlıq gələcək. Ukrayna bu istiqamətdəki addımında tərəddüd olduğunu nümayiş etdirdi. Moldova da fikrini qətiləşdirib. Prezident seçkilərindən sonra Gürcüstanın yeni siyasi rəhbərliyi kursun NATO və Avropa İttifaqına doğru istiqamətləndiyi barədə qəti bəyanat verib. GUAM-a daxil olan yalnız Azərbaycan qeyri-müəyyənlik içərisində qalır.”

Geri qayıt