Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇISINA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR
İCRA BAŞÇISINA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR19-11-2013, 15:36 |
LERİK RƏHBƏRİNİN BAŞI QALDADIR DİA.AZ: - «Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırova qarşı cinayət işi açıla bilər». Bu şok iddianı redaksiyamıza verdiyi açıqlamasında səsləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, Lerik rayon icra hakimiyyətinin büdcədən ayrılan vəsaitlərlə bağlı xərcləmələrində çox ciddi yeyinti faktları aşkarlanıb ki, bu dəlillər də müvafiq olaraq dövlət qurumları tərəfindən araşdırmaya götürülüb. Məlumatı verən mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Rövşən Bağırov külli miqdarda yeyinti faktları ilə bağlı izahat vermək zorundadır: «O, rayonda görülən abadlıq işləri, yol çəkilişi və həmçinin orta məktəb tikintisi ilə bağlı qardaşı Fərhad Bağırovu iş icraçısı kimi təqdim edərək təxminən 2 milyon manata yaxın vəsaiti şəxsən mənimsəyib ki, bu faktlar üzrə ciddi araşdırma aparılır». Mənbə iddia edir ki, Rövşən Bağırova əgər ittihamlar dəqiqləşərsə, hətta cinayət işi də açıla bilər və faktlar korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim olunar: «Hələlik araşdırma aparılır. Və aydın olanı odur ki, 2007-ci ildən etibarən Lerikə rəhbərlik edən Rövşən Bağırov böyük həcmdə büdcə pulları ilə bağlı müəmmalı hesabatlar verib». Qeyd edək ki, R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1983 - 1985 - ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985 - 1987 - ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 - 1989 - cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989 - 1990 - cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 - 1991 - ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 - ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 - 1992 - ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992 - 1994 - cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 - 1996 - cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 - 2003 - cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003 - 2006 - cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 - 2007 - ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Ailəlidir, 3 övladı vardır. Geri qayıt |