Əsas Səhifə > Şou-biznes > ŞUŞALI QIZI ƏRİNƏ QARŞI XƏSİSLİK EDİR
ŞUŞALI QIZI ƏRİNƏ QARŞI XƏSİSLİK EDİR31-01-2012, 12:01 |
"BU PULLARI ƏRİMƏ VERƏ BİLMƏRƏM" Populyar müğənni Xuraman Şuşalı burnunu plastik əməliyyat etdirdiyi haqda yayılmış xəbərlərin yalan olduğunu bildirib. O, Day.Az saytına müsahibəsində bir vaxt belə fikrə düşdüyünü, amma əməliyyat olunmadığını söyləyib. Xuramanın həyat yoldaşı da onun əməliyyat etdirməsinə qarşı çıxıb. Həyat yoldaşı ifaçını tez-tez şou-proqramlara qatılmaqdan da çəkindirir: "O, bu qərarını kifayət qədər pulumuzun olması, əlavə zəhmət çəkməyə ehtiyacın olmadığı ilə əsaslandırır. Ailəni o saxlayır. Mən isə öz pullarımı özüm üçün xərcləyirəm. Həmişəki kimi, pulum anamda olur. Bu pullarımı könüllü şəkildə həyat yoldaşıma verə bilmərəm (gülür)". Geri qayıt |