Əsas Səhifə > Cəmiyyət, Manşet > MİKAYIL CABBAROV DAHA KİMLƏRİ GÖRƏVDƏN ALACAQ?
MİKAYIL CABBAROV DAHA KİMLƏRİ GÖRƏVDƏN ALACAQ?19-11-2013, 16:49 |
TƏHSİL NAZİRLİYİNDƏ TƏLATÜM BAŞLAYIR DİA.AZ: - «Mikayıl Cabbarov köhnə heyət qarşısında vaxt qoyub». Bunu DİA.AZ-a təhsil nazirliyindəki mənbələr məlumat verib. Məlumatı verən qaynaq iddia edir ki, Misir Mərdanovdan qalma bir neçə kadr var ki, Mikayıl Cabbarova onlar «tapşırılıb»: «Amma yeni nazir onlarla işləməek istəmir. Və bu gün həmin kadrlardan ikisi ilə danışan nazir hər birinə xəbərdarlığını edib və köhnə qaydalarla işləmələrini onlara irad kimi səsləndirib və hətta onlara deyib ki, əgər bu şəkildə davam edəcəklərsə, yollar ayrılacaq». Məlumatı verən mənbə iddia edir ki, Mikayıl Cabbarov bundan sonra Ceyhun Bayramovu (özü ilə gətirdiyi kadrdır -red.) yanına çağırıb və ardından Ceyhun Bayramov nazirlik heyətinə yeni kadr islahatlarının olacağı haqda məlumatı çatdırıb. Bildirək ki, hazırda təhsil nazirliyinin rəsmi veb-səhifəsində yenilənmə davam edir. Əslində bu yenilənmə Mikayıl Cabbarovun gəlişindəni sonra start götürüb və aradan xeyli müddət bitsə də, saytın yenilənməsi prosesi başa çatmayıb. Bu barədə danışan mənbəmiz bildirir ki, nazirliyin rəsmi veb-səhifəsində əsasən kadrlarla bağlı məlumatların, rəhbərliklə əlaqədar bilgilərin təqdim olunmaması Mikayıl Cabbarovun göstərişi ilə baş verən hadisədir: «Yəni bu o deməkdir ki, kadr islahatı hələ bitməyib və davam edəcək. Bundan sonra nazirliyin qətiləşmiş heyət üzvləri haqqında bilgilər nazirliyin saytına yerləşdiriləcək». Qeyd edək ki, hazırda nazirliyin rəsmi internet səhifəsində yalnız təhsil naziri Mikayıl Cabbarovun şəxsi haqqında bilgilər paylaşılıb. Nə nazirliyin rəhbərliyi haqda, nə kollegiya üzvləri barəsində və nə də digər kadrlarla bağlı informasiyalar veb-səhifədə yerləşdirilməyib. Geri qayıt |