Əsas Səhifə > Dünya > AĞ EV SURİYAYA PROQNOZ VERDİ
AĞ EV SURİYAYA PROQNOZ VERDİ31-01-2012, 12:03 |
“BƏŞƏR ƏSƏD REJİMİNİN ÇÖKÜŞÜ QAÇILMAZDIR” Suriya prezidenti Bəşər Əsəd ölkəsinə nəzarəti itirib və bu rejimin çöküşü qaçılmazdır. Milli.Az-ın "RBK"ya istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. Rusiyanın Suriya hakimiyyəti və müxalifətinə ilkin şərt irəli sürmədən Moskvada danışıqlara başlamaq haqda təklifinə münasibət bildirən Karni bu haqda geniş məlumata malik olmadığını, amma Vaşinqtonun problemin siyasi yolla həllini dəstəklədiyini söyləyib. Karni BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətə müdaxiləsinin vacib olduğunu da söyləyib. Geri qayıt |