Əsas Səhifə > Şou-biznes > ŞOU-BİZNESDƏ YENİ “DƏB”

ŞOU-BİZNESDƏ YENİ “DƏB”


31-01-2012, 12:11
ŞOU-BİZNESDƏ YENİ “DƏB”

ELZA SEYİDCAHAN CANLI YAYIMA QALOŞLA GƏLDİ

Müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahan canlı yayıma qaloşla gəlib.

Sənətçi qaloşla bu gün ATV-nin canlı yayımlanan “Gün keçir” proqramına qatılıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin aparıcısı Nanə Ağamalıyeva E. Seyidcahanın ifasından sonra onun qaloşlarını studiyaya gətirib. Həmişə orijinallığı ilə seçilən E. Seyidcahan qaloşunu görəndə təəccübünü saxlaya bilməyib və qaloş geyinməsini belə izah edib: “Hava soyuqdur, qar yağır, yollar da buz bağlayıb. Qarlı havada da ancaq qaloşla gəzmək olur ki, yıxılmayasan. Verilişə gecikməmək üçün qaloş geyindim. Həm də mən buzlu yolda gəzə bilmirəm, tez-tez yıxılıram. Səhnə ayaqqabılarımı da özümlə götürmüsdüm. Gəlib burada dəyişdim. Bilsəydim efirdə göstərəcəksiniz, gizlədərdim”.

Qeyd edək ki, sonradan Elzanın qaloşunu Nanə də geyinərək studiyada gəzişib.


Geri qayıt