Əsas Səhifə > Sosial, Manşet > ŞƏKİLİYƏ BAKIDA LAP KİNODAKI KİMİ FIRILDAQ GƏLDİLƏR
ŞƏKİLİYƏ BAKIDA LAP KİNODAKI KİMİ FIRILDAQ GƏLDİLƏR20-11-2013, 09:11 |
MAŞININI ƏLDƏN VERƏN ŞƏKİ SAKİNİ HAQQINI ARAMAQ ZORUNDA QALIB DİA.AZ: - Şəki rayonu, Baş Küngüt kənd sakini, hal hazır Bakı şəhərində kirayədə yaşayan, Yusifov Rauf Xanlar oğlu tərəfindən bir sıra dövlət qurumlarına şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən şikayət məktubundan anlaşılır ki, Çəki sakini lap filmlərdə olduğu kimi bir fırıldağın qurbanı olub. Həmin məktubu diqqətinizə təqdim edirik: “Biz vətədaşlar Qanunların Aliliyinə arxayın olduq, hökümətimizə arxayın olduq və elə güman etdik ki, Dövlətin huquq mühafizə orqanları bizim hüquqlarımızı qoruyur. Ancaq, həqiqətdə vəziyyəy tamam başqa cürdur. 2012-ci ilin noyabr ayında, mən tanışlarımdan bir yaxşı maşın rəngləyən usta yerini öyrənib, özümə məxsus olan "TOYOTA KOROLLA"markalı, 90-CX-744 dövlət nömrə nişanlı minik maşınımı apardım Bakıxanov qəsəbəsinin avtosürücülük məktəbinin həyətində yerlışən avtomobil təmiri sexinə. Maşın təmir edən usta Bakı şəhəri, Şüvalan qəsəbəsi, A.İldırım kücəsi-62, mənzil:3-də qeydiyyatda olan, Məmmədov Firuz Hüseynbala oglu maşını qəbul etdi, rəngləyib qurtalandan sonra məndən soruşdu ki, maşını satırsan? Dedim sataram. Qimətini danışdıqdan sonra Firuz təklif etdi ki, qoy maşın qalsın qarajda, bir nəfər var, maşına baxsın, sabah nəticəsini sənə deyərəm. Mən Firuza inanıb maşını qaraja qoyub getdim. Səhəri günü nəticəni öyrəndikdə o, məni inandırdı ki, həmin şəxs alır. Bəri başdan mənə 1200 manat pul verdi və bildirdi ki, bir həftəyə kimi qalan pulunu düzəldib, gedərik notariat kontoruna. 03 dekabr 2012-ci il tarixdə Firuz zəng edib, məni “Neftçilər” metrostansiyasının yaxınlıgında yerləşən, Baki şəhəri 52 saylı Notariat Komtoruna dəvət etdi. Firuz mənə təklif etdi ki, gəl əvvəl sənədləşməni qurtalaq, sonra sənin qalan pulunu verim ayrılaq. Mən ona inanıb sənədləşməni qurtalıb Notariat Kontorundan çıxan kimi, Firuz aradan qaçdı və yoxa çıxdı. Deməginən bu adam, uzun illər vətəndaşların etibarlndan istifadə edərək, dələduzluqla məşğul olan Faiq adlı həmkarının vasitəsilə mənim maşınımı həmin günü başqa Notariat Kontorunda Faiqin qayınatasının adına rəsmiləşdiriblər. Bunu mən sonradan bilmişəm. Mən dərhal 102 xidmıtinə məlumat verdim. Sonra Firuzun yaşadıgı ünvanı öyrənib bu haqda Xəzər rayon Polis İdarəsinə şikayət etdim. Firuzu həbs etsələr də, bir neçə gündən sonra polislər onu buraxdılar. Mən Firuzla yenidən şahidlərimlə birgə görüşdüm və onun bütün kəlmələrinin audio yazisını əldə etmişəm. Firuz etdiyi dələduzluq hərəkətlərini həm bizimlə danışıgı zamanı, həm də, polisə verdiyi izahatında etiraf edib. Belə vəziyyıtdən çıxış yolu kimi, 3 dekabr 2012-ci il tarixli etbarnamənin ləgv olunması üçün 52 saylı Notaruat kontoruna müraciət etdim ki,bundan sonrakı mərhələdə DYP-dən mənim maşınımı heç kimin adına rəsmiləşdirə bilməsinlər. Ancaq, buna baxmayaraq, həm Notariat Kontoru, həmdə digər hüquq mühafizə orqanları bu vəziyyəti bilərəkdən ört basdır edərək, və belə cinayətkar ünsurlarla əlbir olaraq, mənim maşınımın izini itirdilər. Əlbətdə bu kriminal dəstənin uzun illər belə hallara yol verməsində rüşvətin böyük rolu olub. Əgər buna kiminsə şubhəsi varsa, baş verənləri dərindən araşdırsalar, onda hər şey aydın olasıdır. Uzun yazişmadan sonra, Xəzər Rayon Polis Şöbəsi, işi göndərdi Sabunçu Rayon Polis Şöbəsinə. 6 ay məni get-gələ salan Xəzər RPŞ-si, deməginən Firuzla çoxdan əməkdaşlıq edirlərmiş. Bunu mən Firuzu tanıyan adamlardan xəbər almışam. Məlum oldu ki, mən Firuz tərəfindən aldanan 27-ci adamam. Bunu Xəzər RPŞ-si çox gözəl bilir. Məhz bu səbəbdən də onlar bu işı 6 ay saxlayaraq, cinayəti ört basdır etmaə cəhd etmişlər. Hal-hazırda Firuz həbsdə olsa da, onun yenə də azadlığa buraxılmasına dair qohumları və Faiq kimi havadarları yenidən tədarük görərək Firuzu azadllga buraxmaga cəhd göstərirlər. Bu hadisə ilə baglı dəfələrlə Prezidentə, Baş Prokurorluga, Baş Dövlət Yol Polisinə, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə müraciət etməyimə baxmayaraq, nə mənim maşınımı özümə qaytarmırlar, nə də bu cinayətkarlar məsuliyyətə cəlb olunmurlar”. Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |