Əsas Səhifə > Partiya > “YERLƏ BAĞLI MÜRACİƏTİMİZƏ CAVAB ALA BİLMİRİK”

“YERLƏ BAĞLI MÜRACİƏTİMİZƏ CAVAB ALA BİLMİRİK”


31-01-2012, 12:14
“YERLƏ BAĞLI MÜRACİƏTİMİZƏ CAVAB ALA BİLMİRİK”

MÜSAVAT MERİYADAN CAVAB GÖZLƏYİR

Musavat Partiyasının qurultayının keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətinə hələ də cavab verilməyib. Bu barədə Modern.az saytına Musavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib.

T.Yaqublu deyib ki, bu gün səhərdən BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanova əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.

Başqan müavini müraciətlərinə müsbət cavab almaq üçün bu günlərdə daha ciddi addımlar atacaqlarını da istisna ertməyib.

Müsavat Partiyası martın 3-4-də keçirməyi planlaşdırdığı qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması ilə bağlı bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.


Geri qayıt