Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA BÖYÜK BAHALAŞMA BUMU GÖZLƏNİLİR
AZƏRBAYCANDA BÖYÜK BAHALAŞMA BUMU GÖZLƏNİLİR20-11-2013, 12:20 |
YANACAĞIN QİYMƏTİ İLƏ YANAŞI BAKIDA GEDİŞHAQQI DA ARTIRILIR DİA.AZ: - Bir neçə gün əvvəlindən məlumat vermişdik ki, Azərbaycanda yanacağın qiyməti qaldırılacaq. Hətta artıq bu xəbər səbəbindən Bakıdakı bəzi yanacaqdoldurma məntəqələrində tıxacların da əmələ gəldiyi müşahidə olunmuşdu. Bu gün isə rəsmi qaynaqlar da məlumatımızı təsdiqlədi. Belə ki, xəbərdə gələn il yanvarın 1-dən “Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalının olduğu bildirildi. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov açıqlama verib. O deyb: "Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır." Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: "Avro-3" standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir." Hər halda, komitə sədrinin yanacaq qaldırma bəhanəsini tıxaclarla əlaqələndirməsi hər kəsi gülməyə vadar etsə də, bu hadisənin ağlamalı yönləri də yetərincədir. Və əsas olanı da budur. Bununla bağlı DİA.AZ-a açıqlama verən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, 1 yanvar tarixindən etibarən təkcə yanacağın qiyməti artırılmayacaq: «Eyni zamanda yanacaqdan asılı olan ərzaq məhsullarının və digər idxal mallarının dat qiyməti qalxacaq. Əsas bahalaşma isə kommunal xərclərin və sərnişin daşınmasında gedişhaqqıların artımında müşahidə olunacaq». Xatırladaq ki, bir neçə gün əvvəl nəqliyyat nazirliyiinin sözçüsü NN tərəfindən Tarif Şurasına sərnişin daşınmasında gedişhaqqı qiymətlərin in artırılması ilə bağlı müraciət olunmasını sahibkarların istəyilə həyata keçirildiyini açıqlamışdı. Məlumatlı mənbədən redaksiyamıza ötürülən informasiyada bildirilir ki, 1 yanvar tarixində şəhər daxili marşrutlarda ən ucuz gedişhşaqqı 40 qəpik olacaq. Müvafiq olaraq digər qiymətlər də bahalaşacaq. Geri qayıt |