Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HACIBALA ABUTALIBOV 5,3 NİLYON MANATI NEYNƏYİB?
HACIBALA ABUTALIBOV 5,3 NİLYON MANATI NEYNƏYİB?20-11-2013, 14:41 |
Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma adı altında külli miqdarda dövlət vəsaitini mənimsədiyinə dair iddialar var. JAM.AZ xəbər verir ki, bu iddiaları əsaslandıran maraqlı rəqəmlər də ortaya çıxıb. Məlumatda deyilir ki, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtda yaşıllıqların salınması məqsədi ilə əkin materiallarının satın alınması məqsədi ilə «Fartuniya» şirkətinə 4,8 milyon manat pul ayırıb. Bu azmış kimi, alınan ağac və bitkilərə qulluq üçün gübrələrin satın alınması niyyəti ilə eyni şirkətə daha 588 min manat pul köçürülüb. Sual oluna bilər ki, bu işdə nə kimi korrupsiya faktı var? İddiaçılar bildirirlər ki, Bakı şəhərində faktiki olaraq bu vəsaitə alınacaq ağac və əkin materiallarının həcmi həddindən artıq çox olsa da, onun şəhərdə əkmək üçün ərazi mövcud deyil. Yəni, ağac və kolların alınmasına sərf olunan vəsait məqsədli şəkildə şişirdilib. İkinci arqument kimi isə o göstərilir ki, «Fartuniya» şirkəti Bakı meri Hacıbala Abutalıbovun yaxın qohumlarından birinə məxsusdur. Həmin şirkətin partnoyr kimi seçilməsi də məhz pulların silinməsi niyyətindən irəli gəlir. Geri qayıt |