Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KOLLEC RƏHBƏRİNƏ QARŞI RÜŞVƏT İTTİHAMI
KOLLEC RƏHBƏRİNƏ QARŞI RÜŞVƏT İTTİHAMI20-11-2013, 15:12 |
Qəbul imtahanlarından az bal toplayan və kəsilən abituriyentlər istədiyi universitet, yaxud orta ixtisas müəssisələrində istədikləri ixtisas üzrə təhsil ala bilərlər. Çox sadədir. Məsələdə rüşvət və sözükeçən adam əsas rol oyanyır. Verilən rüşvət əsasında ali təhsil rəhbərliyi müəyyən yollarla abituriyentin balını lazım olan həddə çatdıraraq istədiyi adamı “tələbə” edə bilər. 4 ildən sonra əldə edilən diplom isə “saxta” statusunu daşımır. Bu barədə “OLAYLAR ”İA xəbər yayıb. Məsələn, Mingəçevir Turizm Kollecindən saxta diplom əldə etmək istəyənlər tamam başqa üsula əl atırlar. Burada baş verən proseslər maraqlı xarakter daşıyır. Professor Əyyub Əyyubovun direktoru olduğu MTK qanunsuz tələbə qəbulu ilə məşğuldur. Adının anonim saxlanılmasını istəyən kollec məzununun sözlərinə görə, 3000 manat qarşılığında kollecə qəbul edilən tələbələr üçün ayrıca qruplar təşkil edilir. I kursdan sonra rüşvət əsasında yığılan tələbələr müxtəlif qrup və ixtisaslar üzrə paylaşdırılır. “Gəlmələr” II kursdan etibarən dövlət qəbulu ilə kollecə daxil olanlarla “eyni status”u daşıyırlar. Geri qayıt |