Əsas Səhifə > Cəmiyyət, Manşet > “GELANDEWAGEN”Lİ TOYUN ARXASINDAN ARDNŞ ŞEFİ ÇIXDI
“GELANDEWAGEN”Lİ TOYUN ARXASINDAN ARDNŞ ŞEFİ ÇIXDI20-11-2013, 17:03 |
HACI QURBAN O QƏDƏR BÖYÜYÜB Kİ… DİA.AZ: - Bir neçə gün öncə Bakıda "Mercedes Gelandewagen”li avtomobil karvanı ilə müşayiət olunan toy mərasimi böyük səs-küy yaratdı. Gah dedilər keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda olub bu hadisə, gah da deputat Hüseynbala Mirələmovun oğlunun toyunda. Amma sonradan toy sahibi də bilindi və mətbuata açıqlama da verdi. Hətta bu kortecə görə polisin axtarışlara başladığı da məlum oldu. Səb demə, 25 “Gelandewagen” avtomobilinin iştirak etdiyi toy “kortej”inin yol-nəqliyyat qaydalarını pozubmuş. Buna görə də, yol polisi artıq hərəkətə keçibvə hətta bununla bağlı keçmiş nazir Səfər Əbiyevin ailəsinə müraciət də olunub. Lakin ailədən bu toy karvanınını keçmiş nazirin oğlunun toyu ilə əlaqəli olmadığı bildirilib. Sonradan isə aydın oldu ki, mərasim noyabrın 4-də “Hollywood” şadlıq sarayında baş tutub. Bəlli olub ki, toy sahibi mətbuatda qeyd edildiyi kimi sabiq müdafiə naziri deyil, azərbaycanlı iş adamlarından biridir. Bu iş adamı Salyan rayonunun Qarabağlı kəndindən olan Qurban Abbasovdur (Hacı Qurban). Bildirək ki, keçən günlərdə Hacı Qurbanla bağlı ilginc faktları diqqətinizə təqdim etdik. Və aydın oldu ki, şübhəli biznes əlaqələrinə malik olan bu iş adamı iddia etdiyi kimi – heç də HALAL TİKƏ ilə qidalanmır. Bunu sbütlayan daha bir fakt var. DİA.AZ bildiriri ki, bir neçə gün öncə fərdi sahibkar Samir Mehdiyev redaksiyamıza müraciət edərək bildirmişdir ki, Abbasov Qurban (Hacı Qurban) ona 70 min manat dəyərində dörd tir gül-ağac sifariş etmişdir. Və əvvəlcədən beh kimi 5 min manat pul vermişdir. Sifariş yerinə yetirilsə də, Hacı Qurban bu günədək qalan məbləği ödəməkdən boyun qaçırır. Saytımızda bu mövzuda ardıcıl yazılar dərc etdikdən sonra, Hacı Qurban sahibkara soraq göndərib ki, pulumdan keçib səni məhv edəcəyəm. Sahibkar Samir Mehdiyev də yenidən redaksiyamıza müraciət edib. Samir Mehdiyev mətbuat vasitəsilə ölkə başçısına müraciət edərək həyatının təhlükəsizliyinə təminat istəyib. Bu yöndə araşdırma aparan "Qafqaznews.az"-ın məlumatına görə, Qurban Abbasov(Hacı Qurban) SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxını olduğu üçün hətta ARDNŞ şefinin tabeçiliyində olan 4 idarəni ləğv edərək idarələrin bütün texnikasını və avtomobillərini Hacı Qurbana “hədiyyə” edib. Qeyd edək ki, keçən yazımızda da Rövnəq Abdullayev və Abbasov Qurbanın bir qrup olduqları barədə qeyd etmişdik. Indi isə aydın olur ki, ARDNŞ şefinə güvənən Hacı Qurban özünün məşhur “Gelandewagen”li toyunu da məhz bu “dayaqlaq” üzərində ərsəyə gətirmişdi. Geri qayıt |