Əsas Səhifə > Sosial, Manşet > SƏLİM MÜSLÜMOV QOSQOCA NAZİRLİYİ NƏ HALA SALDI?
SƏLİM MÜSLÜMOV QOSQOCA NAZİRLİYİ NƏ HALA SALDI?21-11-2013, 10:14 |
FİZULİ ƏLƏKBƏROVUN KADRLARI BİR-BİRİLƏRİNİ SATMAĞA HAZIRDIRLAR DİA.AZ: - Redaksiyamıza əmək və əhalininin sosial müdafiəsi nazirliyi ilə bağlı şok iddiaların yer aldığı faktlar təqdim olunub. Bildirək ki, bu faktlarla bağlı artıq əməkdaşlarımız araşdırmaya başlayıb və əldə etdiyimiz informasiyalarla əlaqədar nazirliyin bir sıra şəxslərinin mövqelərini də öyrənib, diqqətinizə çatdıracağıq. İndi isə keçək redaksiyamıza ötürülən informasiyalara. Məlumatlı mənbə DİA.AZ-a verdiyi xəbərində bildirir ki, Səlim Müslümovun bu gün ƏƏSMN-də apardığı kadr islahatı siyasəti əslində hakimiyyətin yuxarı orqanları tərəfindən dəstəklənmir və nazirə çox ciddi problemlər, başağrısı yarada bilər. Mənbə bildirir ki, nazir postuna oturandan sonra keçmiş DSMF rəhbəri guya ki, özünün köhnə iş yeridnə «peyğəmbər kimi işləyibmiş» təəssüratı yaradaraq ƏƏSMN-nin fəaliyyətini araşdıraraq, köhnə kadrların demək olar ki, hamısına qarşı kompramatlar toplatdırıb: «Hətta Fizuli Ələkbərova qarşı da faktlar toplatdırıb və onu yeyintidə ittiham edəcək dəlillər də «əldə edib». Və ən maraqlısı bundan ibarətdir ki, Səlim Müslümovun Fizuli Ələkbərova qarşı bu fəaliyyəti «yuxarılar» tərəfindən alqışlanmayıb. Elə buna görə də ƏƏSMN-də yeni nazirin göstərişi ilə həyata keçirilən yoxlama dayandırılıb». Mənbə bildirir ki, təbii olaraq bu yolla Səlim Müslümov köhnə heyətdə xof yaratmağı düşünürmüş ki, bu xof da onun maraqları çərçivəsindədir: «Həm bu yolla köhnə heyət «xərcə salınır», həm də onları dəyişdirmək, vəzifələrindən almaq asanlaşır. Hətta bu gün Səlim Müslümova xoş getsin deyə, öz iş yoldaşlarını «baqaja qoymağa» hazır olan onlarla kadr var. Və onların hər biri hədəfə aldığı digərinə «hə, demək siz Fizuli Ələkbərovun dövründə rüşvət alırdınız» deyərək sanki hansısa adadan gəldiklərini nümayiş etdirir, bununla rəhbərliyə yarınmaqla yanaşı, öz yaxalarını da kənara çəkməyə çalışırlar». Mənbəmiz yuxarıda qeyd olunan məqamın bu gün ƏSSMN-də olduqca populyar bir situasiya olduğunu vurğulamaqla yanaşı, bildirdi ki, artıq Səlim Müslümovun yaratdığı gərgin atmosferdən cana doyan köhnə kadrlardan biri hətta Fizuli Ələkbərova yardım üçün müraciət də edib: «Artıq cana doyan məmur, təhdid və həyəcan içində gün keçirməkdən yorularaq keçmiş nazirdən kömək istəyib və xahiş edib ki, bütün bu baş verənlər prezidentə çatdırılsın». Onu da bildirək ki, hələ ƏSSMN daxilində cərəyan edən çox mübhəm məqamlarla bağlı faktları araşdırmalarımızdan sonra diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |