Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNCƏDƏ ƏHALİNİN CİBİNƏ KİMLƏR GİRİR?
GƏNCƏDƏ ƏHALİNİN CİBİNƏ KİMLƏR GİRİR?21-11-2013, 10:33 |
Gəncədə fəaliyyət göstərən CREDEX və BREND adlı dükanların sahibləri şəhər əhalisini aldatmaqla məşğuldurlar. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Həmin məlumatda deyilir ki, CREDEX mağazasından sakinlərə zəng vuraraq, onlara müxtəlif məhsulları ucuz qiymətə təklif edirlər. Daha doğrusu, endirim kampaniyası həyata keçirdiklərini deyən mağaza təmsilçiləri, onlardan mal alanlara böyük güzəştlər olacağını bildirirlər. Beləcə şirnikləndirmə yolu ilə vətəndaşı mağazaya çəkib, orada aldatmağa başlayırlar. Başına CREDEX-də bu qəbildən olan işlər gəlmiş Gəncə sakinlərindən biri yazıb ki, Ramazan Bayramı ilə bağlı mağazanın keçirdiyi kampaniyaya qatılmaq qərarına gəlib. Həmin vaxt mallara endirim olduğu, hətta üzərində hədiyyə verildiyi də deyilib. Nəhayət, gəncəli gənc özünə bir ədəd modem alır. Mağazada qiyməti 35 manata olduğu, lakin bunu müştərilərinə 25 manata verəcəyini bildirən satıcı ilə anlaşma da əldə edilir. Amma bu alış-verişin üzərindən 5-6 gün keçdikdən sonra həmin alıcı Gəncədəki başqa bir mağazada eyni modemin 22 manata olduğuna şahid olur. «Bu haramzadalar mallara əlavə qiymətlər qoyurlar, sonra da «endirim» adıyla aşağı salırlar. Amma yekunda satdıqları malın qiyməti elə ilkin dəyərdə də qalır». Bolgexeber.com Şikayətçilərdən biri hətta iddia edir ki, CREDEX-də satılan noutbukların RAM-larını belə dəyişirlər. Gəncədə fəaliyyət göstərən BREND mağazası da sakinlərin «qara siyahı»sına düşüb. Belə ki, bu mağazanın satdığı mallara təminat versə də, sonradan öhdəliyini icra etməkdən imtina edir. Belə ki, bu ilin mayında mağazadan noutbuk alan Gəncə sakini sentyabrda xarab olması səbəbindən onu BREND-ə gətirərək, təmir etdirmələrini istəyir. «Mənə verilən təminat talonunu da götürüb, getdim mağazanın servisinə. Həmin vaxtdan bəri nə noutbukumu geri verirlər, nə də düzəldirlər. Soruşanda da deyirlər ki, Bakıda servisdədir, orada yubanır». P.S. Qeyd edək ki, analoji vəziyyətlə həmkarlarımızdan biri də üzləşib. Geri qayıt |