Əsas Səhifə > Sosial, Manşet > İKİ DÖVLƏT QURUMUNUN AQİBƏTİ SUAL ALTINDADIR

İKİ DÖVLƏT QURUMUNUN AQİBƏTİ SUAL ALTINDADIR


21-11-2013, 12:30
İKİ DÖVLƏT QURUMUNUN AQİBƏTİ SUAL ALTINDADIR
TQDK VƏ DSMF-NİN LƏĞV EDİLMƏSİNİ İSTƏYƏNLƏR HANSI QÜVVƏLƏRDİR?

DİA.AZ: - 22 oktyabr tarixində Nazirlər Kabinetinin yeni heyətinin təsdiqlənməsinin ardından hələ də aqibəti sual altında olan Dövlət Sosial Müdafiə Fondu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bağlı redaksiyamızın elektron ünvanına yeni məlumat daxil olub. Xatırladaq ki, DSMF ilə yanaşı, TQDK-nın da ləğvi barədə mətbuatda məlumatlar yayılıb.

DİA.AZ-a göndərilən xəbərdə qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun ləğv edilməsilə bağlı hələ də tərəddüdlər olsa da, DSMF-nin ləğvi nəzərdə tutulmayıb.

Daxil olan informasiyada qeyd olunur ki, DSMF-nin ləğv edilməməsilə bağlı qərar qətiləşsə də, TQDK-nın təhsil nazirliyinə birləşdirilməsi ideyası aktualdır: «Maraqlıdır ki, bu ideyanı dəstəkləyənlər hazırda TQDK-ya rəhbərlik edən Məleykə Abbaszadənin də təhsil nazirinin müavini postuna təyin edilməsini təklif edirlər».

Əldə etdiyimiz məlumatda həmçinin o da qeyd olunur ki, hər iki dövlət qurumunun aqibəti ilə bağlı müzakirələr bitməyib: «Bu gün elə bir situasiyadır ki, iqtidar daxilində öz əlinə oynayan qruplar təbii ki, öz maraqlarının keçməsinə çalışırlar. Və bu da qurumlarının aqibətinin qruplar arasında döyüşlərin nətiəsindən asılı olmasından xəbər verir».



Geri qayıt