Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DEPUTAT JURNALİSTƏ "AĞILLI OLUN" DEDİ

DEPUTAT JURNALİSTƏ "AĞILLI OLUN" DEDİ


21-11-2013, 12:59
DEPUTAT JURNALİSTƏ "AĞILLI OLUN" DEDİ
“Unikal” qəzetinin apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, Qaradağ Metal Konstruksiyaları Zavodu əslində millət vəkili Hüseynbala Mirələmova məxsusdur və hazırda zavodu deputatın bacısı uşaqları Rüfət və Aqşin Sucayevlər idarə edir. Məhz bu fakt ortaya çıxandan sonra deputatın bacısı uşaqları “Unikal” qəzetini hədələyərək ,redaksiyanı alt-üst edəcəklərini bildirdilər. Deputat qohumlarının mətbuata qarşı bu basqılarını qəbul etməsəkdə, siyasətdən kənar olan bu şəxslərin “bəlkədə mətbuatın nə olduğunu sona qədər anlamırlar”- deyərək ciddiyə almadıq. Amma qaranlıq qalan məqamlara aydınlıq gətirmək cəhdimizdən də vaz keçmədik. Və sonunda zavodun əsl sahibi Hüseynbala Mirələmovla əlaqə saxlaya bildik.
-Salam Hüseynbala müəllim
-Salam
- Sizi “Unikal” qəzetindən narahat edirik. Qaradağ Metal Konstruksiyaları Zavodu ilə bağlı gedən yazıya sizin münasibətinizi bilbək istərdik
-İstəyinizi deyin
-İstəyimiz yazılanlara sizin münasibətinizdir
-Oxuyuram yazdıqlarınızı, ağıllı olun
Beləcə millət vəkili ilə söhbətimiz sona çatmamış telefonu söndürdü. Amma diqqətimizi cəlb edən məqam Hüseynbala Mirələmovun “ağıllı olun ”-deməsi oldu. Bir millət vəkilinin belə cavab verməsi yəqin ki, sıradan bir hal deyil. Hüseynbala Mirələmovun “ağıllı olun”-deməsi sözsüz ki, ən azından “ağıllı olmasanız, cəzalanacaqsınız”- formatında qəbul oluna bilər. Qardaşı oğlunun killer olması, bir müddət öncə bir şəxsi öldürməsi praktikası deyəsən deputatında xoşuna gəlib və bu səbəbdən bu şəkildə təhdid dolu reaksiya verdi. Bacısı uşaqlarının redaksiyanı dağıdacaqları ilə hədələmələrindən sonra,Hüseynbala Mirələmovun belə deməsi tam bir mənzərəni ortaya çıxartdı. Aydın oldu ki, Mirələmovlar nəsli deyəsən zor dili ilə danışmağı sevir və bu “sevgi” zaman-zaman kriminal olaylarla müşahidə olunur. Həm də yazıçı olduğu iddia olunan Hüseynbala Mirələmovun “ağıllı olun bala”-deyimini çalışdıq ki, bir yazıçı təxəyyülü kimi qəbul edək. Amma bu cavabda yazıçıya xas bir məqam belə tapa bilmədik. Görünür Hüseynbala Mirələmovun yazıçılığını da araşdırmalı olacağıq. Ən azından adına çap olunan kitabların necə yazılmasını müəyyənləşdirmək üçün. Bundan başqa Hüseynbala Mirələmovun zavodla bağlı sualımıza cavab vermək əvəzinə hədə-qorxu gəlməsidə sübutlayır ki, yazılanlar həqiqətdir və bu həqiqəti sadəcə olaraq deputat etiraf etmək istəmir. Bu bir daha sübutlayır ki, Qaz Emalı Zavodundan əldə etdiyi milyonları millət vəkili həqiqətən də Qaradağ Metal Konstruksiyaları Zavodunun yaradılmasını sərf edib. Hər halda ortada real faktlar var və zaman-zaman bu faktları nəzərinizə çatdıracağıq.

Geri qayıt