Əsas Səhifə > Şou-biznes > "BİZ İNANIN Kİ, ÜZÜLMÜRÜK"...
"BİZ İNANIN Kİ, ÜZÜLMÜRÜK"...22-11-2013, 09:21 |
Azərbaycanı Türkiyənin “O ses Turkiye” layihəsində layiqincə təmsil etsələr də, Ebru Gündeş tərəfindən növbəti mərhələyə keçə bilməyən Sevinc və Sevil Səfərova bacıları Mediainfo.az-a danışdılar: - Biz inanın ki, üzülmürük. Əsas odur ki, seçimlərdə Azərbaycanımızı layiqincə təmsil etdik. Jürilər Azərbaycanı necə sevdiklərini söyləməklə bizim mahnılarımızı böyük zövqlə oxuyub, “mənim qrupuma gəl!” - deyə səslədilər. Bu, bizim üçün qalibiyyətdir! Əkizlər Azərbaycanda bir çox layihələr həyata keçirməkdə israrlıdırlar. Əsasən də yaradıcılıq işlərində irəliləyişlər etməyi qarşılarına məqsəd qoyublar. Bu günlərdə onlara klipmeyker Nail Naiboğlu tərəfindən bir klip hədiyyə olunub. Bundan başqa, bacılar bir çox məkanların açılışı üçün reklam çarxlarına dəvətlər almaqdadırlar. Bunlardan biri Xaçmaz şəhərində yerləşən butikdir ki, qızlarımız bu mağazanın siması seçiliblər. Sevinc-Sevil bacılarına Bakıda açılacaq daha bir məkan tərəfindən də təklif gəlib. Onlar həmin məkanın siması olmaqdan ötrü danışıqlarda iştirak etməkdədirlər. Geri qayıt |