Əsas Səhifə > Dünya > TÜRKİYƏ RUSİYAYA DAHA DA YAXINLAŞIR
TÜRKİYƏ RUSİYAYA DAHA DA YAXINLAŞIR22-11-2013, 10:43 |
"Rusiya və Türkiyə arasındakı ticarət həcminin 100 milyard dollara çatması üçün birlikdə çalışacağıq." SalamNews- un “Rusiyanın səsi”nə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Rusiya 24" televiziya kanalına verdiyi açıqlamada bildirib. “İki ölkə arasındakı ticarət həcmi 35 milyard dollara çatıb. Bunu daha da yüksəltmək üçün çalışacağıq. İkitərəfli ticarət həcmini 100 milyard dollara çatdırmağı planlaşdırırıq. Bu məqsədə çatmaq üçün Rusiya və Türkiyə birlikdə hərəkət edəcək. Rusiya xarici ticarət sahəsində Türkiyənin Almaniyadan sonra ikinci böyük tərəfdaşıdır. Türkiyə isə Rusiyanın xarici ticarətində yeddinci yerdədir.”, - Ərdoğan belə deyib. Geri qayıt |