Əsas Səhifə > Sosial, Manşet > MİKAYIL CABBAROV "MAFİYAYA" NECƏ GİROV DÜŞDÜ?

MİKAYIL CABBAROV "MAFİYAYA" NECƏ GİROV DÜŞDÜ?


22-11-2013, 11:23
MİKAYIL CABBAROV "MAFİYAYA" NECƏ GİROV DÜŞDÜ?
MAFİYALAŞMIŞ ŞƏBƏKƏ YENİ NAZİRİ DƏ ƏLƏ ALMAĞA MÜVƏFFƏQ OLUB

DİA.AZ: - «Təhsil nazirliyində bu gün çox təhlükəli oyunlar gedir. Vəziyyət o həddə çatıb ki, hətta böyük ümidlərin bəsləndiyi Mikayıl Cabbarov da Misir Mərdanovdan «əmanət qalan» mafiayalaşmış şəbəkənin girovuna çevrilib». Bu barədə DİA.AZ-a TN-dəki qaynaqlardan ötürülən informasiyada bildirilir.

Məlumatı verən mənbə iddia edir ki, Mikayıl Cabbarovun təhsil nazirliyində islahat aparma cəhdləri demək olar ki, iflasa uğrayıb: «Bir-iki rayonun şöbə müdirini dəyişməklə və bir neçə nazirlik əməkdaşını işdən çıxarmaqla daha çox islahat imitasiyası yaradan Mikayıl Cabbarov bu gün «barıtı qurtarmış durumdadır.

Belə ki, köhnə eşalon yeni nazirlə dil tapmağa müvəffəq olub. Artıq Mikayıl Cabbarovdan nəsə yenilik, fundamental islahat gözləməyinə dəyməz. Və bu da o deməkdir ki, Azərbaycan təhsilinin üzünə gün doğmayacaq».

Mənbəmiz əsas problemin dərslik sahəsində qaldığını bildirir: «Bu sahə konkret mafiyanın əlindədir. Hər halda, dərslik işində böyük pulların olduğu bir faktdır. Və artıq bu pullar Mikayıl Cabbarovun da başını gicəlləndirib. Belə olmasaydı, illərdir bərbad dərslikləri ilə diqqətə gələn bu sahədə hər hansı silkələnmə müşahidə olunardı.

Maraqlıdır ki, həm TQDK tərəfindən və həm də elə mətbuatımız tərəfindən təhsil nazirliyi tərəfindən nəşr olunan dərsliklərin yarıtmazlığı dəfələrlə ciddi problem kimi ictimailəşdirilib. Amma Mikayıl Cabbarov bu problemin üzərinə ümumiyyətlə, getmək istəmədi ki, bunun da səbəbləri var».

Mənbəmiz iddia edir ki, dərslik işindən pul qazananlar öz tərzlərinə uyğun şəkildə yeni naziri də köhnə qaydalara uyğunlaşdıra biliblər: «Belə olan yerdə Azərbaycan ictimaiyyəti dəyişikliyi gözləməməlidir»…

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt