Əsas Səhifə > Güney Press, Araşdırma > QARABAĞ MÜNAQİŞƏSİ: İRƏLİYƏ DOĞRU ADDIM ATILMAYIB

QARABAĞ MÜNAQİŞƏSİ: İRƏLİYƏ DOĞRU ADDIM ATILMAYIB


22-11-2013, 12:19
QARABAĞ MÜNAQİŞƏSİ: İRƏLİYƏ DOĞRU ADDIM ATILMAYIB
YERİMİZDƏ ÇOX SAYMADIQMI?

İki ildən sonra bərpa olunan Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə dialoqu, çətin ki, prosesi Madrid prinsipləri xətti ilə irəlilətsin. (1. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, 2. Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanəti təmin edən aralıq statusunun verilməsi, 3. Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin təmn edilməsi, 4. Dağlıq Qarabağın hüquqi statusunun icbari hüquqi gücü olan referendumla müəyyən edilməsi, 5.Qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması, 6.Təhlükəsizliyə beynəlxalq zəmanət, sülhyaratma əməliyyatlarının keçirilməsi). Bu prinsiplər 16 ildə həyata keçməyib.

Prezidentlər İlham Əliyev və Serj Sərkisyanın 19 noyabrda Vyanadakı görüşünə ABŞ dövlət katibi Con Kerri, RF xarici işlər naziri Sergey Lavrovun tərəfindən yüngül dəstək verilməsinə, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun müsbət sözardına baxmayaraq, bir sıra qlobal və regional səbəblərdən danışıqlar prosesinin əvvəllər əldə edilən və dondurulan razılaşmalardan bir addım belə irəliləməsi mümkün olmayacaq.

Məlumdur ki, münaqişə tərəflərinin siyasi iradə və arzusundan başqa, ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimləmə prosesinə qatılan xarici qlobal oyunçuların Ermənistan və Azərbaycanın xarici siyasi kursu ilə bağlı mövqelərinin üst-üstə düşməsi lazım gəlir. Bu iki münaqişə tərəfi ətrafında baş verənlər onları daha da qütbləşdirir, bununla da mövqelərin mümkün təması vaxtını uzaqlaşdırır.

Aİ-nin Şərq Tərəfdaşlığı üzrə Vilnüs sammiti ərəfəsində Rusiyanın praktik olaraq Ermənistanı Kremlin hamilik etdiyi Gömrük İttifaqının xeyrinə Aİ-yə assosiativ üzvlükdən imtina etməyə məcbur etməsi, Ermənistana əlavə 3 minlik Rusiya hərbi kontingeti göndərilməsi, Rusiyanın öz hərbi hava qüvvələrinin ehtiyacı üçün Yerevanın “Erebuni” aeroportunu əldə etmək planını həyata keçirməsi Qarabağ münaqişəsinin tənzimlənməsində erməni diplomatiyasının hərəkət azadlığını xeyli azaldır. Moskva isə prosesin inkişafına maraq göstərmir.

Digər tərəfdən, Əliyevin Şərq Tərəfdaşlığı prosesinə üstünlük verməsi, Qəbələ RLS-in bağlanması, gələn ildən Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinin dayandırılması ABŞ və tərəfdaşlarının Azərbaycanda güclənən rolunu göstərir.

Münaqişə tərəflərinin üstünlüyünün belə diametral zidd şəkildə inkişafı və Şimal və Qərbin maraqlarının Cənubi Qafqaz istiqamətində zidd istiqamətdə irəliləməsi danışıqlar prosesində etimad mühitini yaxşılaşdırmır. ABŞ və Rusiyanın keçmiş sovet respublikalarına onların Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində qarşılıqlı ittihamları bunu sübut edir.

Cənubi Qafqazda vacib oyunçu olan Türkiyə prezidentlərin Vyana görüşü ərəfəsində danışıqlar prosesinə etimad-dəstək impulsu vermədi. ABŞ və Türkiyə xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Əhməd Davudoğlu unisonla bəyan ediblər ki, Ankara Qarabağ münaqişəsində əvvəllər müəyyən edilmiş mövqelərdə qalacaq. Bu isə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bu yanaşma birmənalı şəkildə Ermənistanı Türkiyənin vasitəçilik səylərindən Rusiyanın ağuşuna itələyəcək. Bu mənada nə Türkiyə və Azərbaycan XİN rəhbərlərinin Qara dəniz hövzəsi əməkdaşlıq təşkilatının iclasında iştirak etməyə dəvət edilməsi, nə də baş nazir Ərdoğan və prezident Putinin qarşıdakı Moskva görüşü Qarabağ sülh prosesinin gündəliyinin dəyişməsinə təsir etməyəcək.

Sonrakı dövrdə 2015-ci ildə Azərbaycanda prezident seçkilərinə kimi həm Vaşinqton-Brüssel tandeminin vasitəçiliyi, həm də Rusiyanın təşəbbüsləri çərçivəsində prezidentlərin permanent görüşlərini gözləmək olar. Bu iki geosiyasi cəhətdən zidd danışıq xətti mübarizə aparan tərəfləri diplomatik, informasiya, bəzən də lokal hərbi qarşıdurmanı saxlamağa məhkum edir.

Turan Analitik Xidməti

Geri qayıt