Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV FRANSADAN SİYASİ SIĞINACAQ İSTƏDİ
ELŞAD ABDULLAYEV FRANSADAN SİYASİ SIĞINACAQ İSTƏDİ22-11-2013, 13:02 |
KEÇMİŞ REKTOR BUNUNLA BAĞLI FRANSA POLİSİNƏ XÜSUSİ MÜRACİƏT EDİB DİA.AZ: - Hazırda Fransada yaşayan keçmiş ABU rektoru Elşad Abdullayevdən xəbər var. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib. Xəbərə görə, artıq interpol tərəfindən axtarışa verilməsi tam rəsmiləşən Elşad Abdullayev Fransadan çıxmamaq qərarına gəlib və eyni zamanda Fransanın yerli hakimiyyətinə sığınacaq üçün müraciət edib. Avropada yaşayan soydaşlarımız bildirir ki, interpol tərəfindən axtarışa verilməsini də əsassız adlandıran keçmiş rektor Fransa polisinə yazdığı məktubunda özünün siyasi hakimiyyət tərəfindən təqib olunduğunu göstərməklə yanaşı, həmçinin Azərbaycan dövlətinin ona külli miqdarda maddi ziyan vurduğunu da vurğulayıb. Müraciətdə eyni zamanda keçmiş rektorun qardaşının yoxa çıxması faktına da geniş yer ayrılıb. Bu isə o deməkdir ki, artıq Azərbaycana dönüş fikrindən vaz keçən Elşad Abdullayev siyasi mühacirliyi seçmiş olur. Geri qayıt |