Əsas Səhifə > Sosial > RÖVNƏQ ABDULLAYEV ELMAR QASIMOVA VƏZİFƏ VERDİ
RÖVNƏQ ABDULLAYEV ELMAR QASIMOVA VƏZİFƏ VERDİ31-01-2012, 17:59 |
SABİQ NAZİR MÜAVİNİ BU DƏFƏ NAZİR POSTUNA HAZIRLANIR Ötən ilin sentyabrında təhsil naziri Misir Mərdanovun digər iki müavini ilə birgə vəzifəsindən uzaqlaşdırılan Elmar Qasımova yeni vəzifə verilib. Onun yeni postu da kifayət qədər yüksəkdir. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbənin deməsinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev Elmar Qasımovu özünə müavin təyin edib. Dövlət Neft Şirkətinin vitse-prezidenti postuna gətirilən Qasımov burada ARDNŞ-in xarici tələbə proqramlarının icrasına nəzarəti həyata keçirəcək. Xatırladaq ki, Qasımov Təhsil Nazirliyində müavin vəzifəsində çalışarkən də onun səlahiyyətlərinə beynəlxalq tələbə mübadilələri daxil idi. Rövnəq Abdullayevin Elmar Qasımova himayədarlıq etməsi kifayət qədər maraq doğurur. Nəzərə alsaq ki, Qasımov Misir Mərdanovun postuna ən real namizəd hesab edilirdi, onda təhsil nazirinin sabiq müavinini "qurban" seçməsi başadüşüləndir. ARDNŞ prezidentinin Elmar Qasımovu ARDNŞ-də yüksək vəzifəyə gətirməsi isə istər-istəməz belə ehtimal yaradır ki, keçmiş müavinin təhsil naziri görəvinə iddiası davam edir və bir müddət sonra bu iddia gerçəkləşəcək. Xüsusilə onu nəzərə alsaq ki, Rövnəq Abdullayevin müavinləri bir qayda olaraq vitse-prezidentlikdən strateji qurumların birinci şəxsi postlarına təyinat alır, o zaman Elmar Qasımovun da Dövlət Neft Şirkətinin vitse-prezidentliyindən təhsil naziri vəzifəsinə təyinat alacağı ehtimalı yüksək qiymətləndirilməlidir. Yada salaq ki, bundan əvvəl ARDNŞ-in vitse-prezidentlərindən biri Muxtar Babayev "Azərkimya"ya prezident təyin edilmiş, qurumun başqa bir vitse-prezidenti - Qorxmaz Hüseynov isə "Azərsu"nun başına gətirilmişdi. Belə bir tendensiya isə Elmar Qasımovun da çoxdan arzusunda olduğu təhsil naziri postuna qovuşacağına dair ehtimalları qüvvətləndirir. Yəqin ki, məhz bu baxımdan da Rövnəq Abdullayevin keçmiş müavininə yüksək etimadı, himayədarlıq etmək istəməsi təhsil naziri Misir Mərdanovda ciddi qıcıq və narahatlıq doğurub. Burada vurğulanmalı daha bir məqam ölkə başçısının sərəncamı ilə nöqsanlarına görə işdən atılan Elmar Qasımova Rövnəq Abdullayevin yüksək post verməsidir. Bir halda ki, Qasımov Təhsil Nazirliyində ona etibar edilən vəzifələrin öhdəsindən uğurlda gələ bilmədiyinə görə kənarlaşdırılıb, belədə ARDNŞ prezidentinin sabiq nazir müavinini Dövlət Neft Şirkətində müavinliyə gətirməsi hansı məntiqə sığır? “Unikal” Geri qayıt |