Əsas Səhifə > Dünya > NATO-NUN MƏXFİ HESABATI AÇIQLANDI

NATO-NUN MƏXFİ HESABATI AÇIQLANDI


1-02-2012, 11:30
NATO-NUN MƏXFİ HESABATI AÇIQLANDI

“PAKİSTAN DÖVLƏTİ "TALİBAN"A YARDIM EDİR”

NATO-nun məxfi hesabatı BBC tərəfindən ələ keçirilib. Hesabata görə, Pakistan xüsusi xidmət orqanları Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatına birbaşa yardım edir.

Açıqlanması nəzərdə tutulmayan hesabatın müəllifləri, əsir götürülən minlərlə "Taliban" və "Əl-Qaidə" üzvünün sorğu-sualına əsasən, Pakistan tərəfinin talib liderlərinin yerlərindən xəbərdar olduğu qənaətinə gəliblər.

ВВС-nin verdiyi xəbərə görə, NATO-nun məxfi hesabatında taliblərin silahı yerə qoymaq niyyətində olmadıqları və Əfqanıstanda yerli əhali arasında dəstəyə malik olduqları bildirilir.

Pakistan dövləti isə "Taliban" hərəkatı ilə heç bir əlaqəsinin olmadığını iddia edir.


Geri qayıt