Əsas Səhifə > Partiya > ARAZ ƏLİZADƏ CƏMİL HƏSƏNLİNİ HƏDƏFDƏ SAXLAYIR

ARAZ ƏLİZADƏ CƏMİL HƏSƏNLİNİ HƏDƏFDƏ SAXLAYIR


25-11-2013, 09:22
ARAZ ƏLİZADƏ CƏMİL HƏSƏNLİNİ HƏDƏFDƏ SAXLAYIR
Prezident seçkilərində Milli Şuranın namizədi olmuş Cəmil Həsənli Avropa və Amerikaya səfər edir ki, həm hesabat versin, həm də yeni pulların ayrılmasına nail olsun.

Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, Cəmil Həsənli hesabat verməlidir ki, onlara pul ayrılmasına rəğmən seçkilərdə nəyə görə belə zəif nəticə göstərdilər.

“Onlar yenidən pul dilənirlər ki, gündəmdə qalsınlar və gələcəkdə özlərini hökumətə alternativ kimi göstərsinlər”, - A.Əlizadə vurğulayıb.

Partiya sədrinin sözlərinə görə, Cəmil Həsənli bütün bunları Azərbaycanın mənafeyi üçün yox, şəxsi mənfəətləri üçün edir.

“O şəxsi mənfəəti naminə iki müddətə deputat oldu və öz əqidəsindən, yəni Xalq Cəbhəsi Partiyasından imtina etdi. Seçilməyəndən sonra bir müddət iqtidarın köməyi ilə kitablarını çap etdirdi. İndi artıq ona sərf eləyəndə yenə də oldu müxalifətçi. Bunlar külək hansı tərəfə əsirsə, həmin tərəfə əsən külafirəngi kimidirlər”, - o əlavə edib.

Geri qayıt