Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BU PKK TƏRƏFDARI BAKIDA MEYDAN SULAYIR
BU PKK TƏRƏFDARI BAKIDA MEYDAN SULAYIR25-11-2013, 09:57 |
AYININ ƏMİSİ OĞLU OLAN TAHİR SÜLEYMAN KİMƏ GÜVƏNİR? Bir neçə gün öncə İraqın Kürdüstan bölgəsinin rəhbəri Məsud Bərzaninin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə kürdlər yaşayan Diyarbəkirə tarixi ziyarəti gerçəkləşdi. Həmin səfər əsnasında orada olan və Bərzanini Azərbaycana dəvət edən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın bu addımı cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta politoloq Cümşüd Nuriyev prokurorluğun onu dərhal həbs etməli olduğu barədə bəyanat səsləndirdi. Üstündən bir həftə keçdiyindən aranın səngidiyini zənn etmişdik. Ancaq bu gün səhər tezdən Tahir Süleymandan saytımızın poçtuna aşağıdakı məzmunda cavab reaksiyası daxil olub: “Görəsən Cümşüd Nuriyev kimi ziyalılar,"Diplomat" qəzetinin baş redaktoru Tahir Süleyman kimi fəal insanlara nə üçün ikrah hissi ilə yanaşırlar? Tahir Süleyman getdiyi hər bir xarici olkələrdə Azərbaycanımızın başına gətirilən faciələrdən, İyirmi yanvar, Xocali soyqırımlarından, Qərbi Azərbaycandan, Zəngəzur, Dərələyəzdən, Qarabağdan danışır, mətbuat konfransları keçirir, xalqımızın dərdi sərini dünya mətbuat nümayəndələrinə çatdırmaqla yanaşı, Ölkə rəhbərliyimizin sayəsində Respublikamızın regionda inkişaf etmiş ölkələr sırasında olduğundan söhbət açır və şərhlər verir. Bu ilin aprel ayında, beş nəfər nümayəndə heyəti ilə, İraqın Ərbil şəhərinə, Səlahəddin Universitetində on yeddi olkənin iştirakı ilə keçirilən konfransa qatıldıq. Gündəmdə olmayan bir məsələni -Xocalı soyqırımını konfransın gündəminə qoyduq. Bununla yanaşı Azərbaycan haqqında, Azərbaycanımızın yaşadığı faciələr barədə doqquz konfrans univerisetlərdə, təskilatlarda, siyasi qurumlarda keçirərək Vətənimizdə baş vermiş olaylayı olduğu kimi İraq ictimaiyyatına çatdırırdıq. Tahir Süleyman bu gün öz hesabına qardaş Türkiyə respublikasına gedirsə və Türkiyənin Baş naziri Pəcəb Təyib Ərdoğan cənablarının təşəbbüsü ilə kecirilən ``Demokratiya,qardaşlıq, barış, dostluq” tarixi görüşünə qatılırsa, Kürdüstan Bölgəsinin Prezidenti Məsud Barzani ilə, Türkiyənin Baş naziri Pəcəb Tayyib Ərdoğan ilə görüşə bilirsə və Kürdüstan Bölgəsinin Prezidentini ölkəmizə dəvət edə bilirsə, qırxdan artıq partiya və təşkilatlarda ölkəmiz haqqında məlumat verə bilirsə bu təqdirə layiq görülməlidir, təşəkkür edilməlidir və başqalarına örnək kimi göstərilməlidir. Cümşüd Nuriyev, Biləcəridən o tərəfə getmək lazimdir, dünya ictimaiyyəti arasına çıxmaq lazımdır, nə vaxta qədər qınınızda qalacaqsınız? Cənab Cümşüd Nuriyev, məni prokurorluqla qorxutmayın,Siz heç narahat olmayın, ölkəmizin hüquq- mühafizə orqanları çox ayıq-sayıq çalışırlar və göydə dəstə ilə uçan quşların hansının gözünün çaş, hansının gözü katarakt, hansının gözünün kor olmasından xəbərdardırlar və sənin, mənim nə işlə məçğul olduğumuzu yaxşı bilirlər.” Geri qayıt |