Əsas Səhifə > Sosial, Manşet > ƏLİKRAM HÜMBƏTOVU ERMƏNİLƏR ZƏHƏRLƏYİB

ƏLİKRAM HÜMBƏTOVU ERMƏNİLƏR ZƏHƏRLƏYİB


25-11-2013, 11:57
ƏLİKRAM HÜMBƏTOVU ERMƏNİLƏR ZƏHƏRLƏYİB
DİA.AZ: - Yerevandan qayıtdıqdan sonra Əlikram Hümbətov üçüncü dəfə infarkt keçirib. Hazırda ağır vəziyyətdə ev şəraitində yataqdadır. DİA.AZ bildirir ki, bu barədə "Turan" məlumat yayıb. İnformasiya Agentliyinə Hollandiyadakı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, separatçı himi tanınan Hümbətovun səhhətində ciddi problemlər yaranıb.

Mənbənin dediklərinə görə, Ə.Hümbətov Yerevandan qayıtdıqdan sonra özünü narahat hiss edib və sonra infarkt keçirib.

Bəzi müşahidəçilər istisna etmirlər ki, Ə.Hümbətovu Yerevanda zəhərləyə bilərdilər. Onlar zəhərlənmə ehtimalını Ə.Hümbətovun vaxtilə Yerevanın əleyhinə kəskin çıxışları və Qarabağ cəbhəsində ermənilərə qarşı döyüşlərdə iştirakının bağışlanmaması ilə izah edirlər.

Bununla yanaşı Ə.Hümbətovun oğlu ilə Yerevana və Dağlıq Qarabağa gedib Azərbaycanın əleyhinə çıxışlar etməsi Azərbaycan ictimaiyyəti və Hümbətovun qohumları tərəfindən də kəskin nifrətlə qarşılanıb.

Xatırladaq ki, Əlikram Hümbətov bu ilin sentyabrında Yerevanda və Dağlıq Qarabağda olub. O, həm konfranslarda, həm rəsmi görüşlərdə, həm də tələbələr qarşısında çıxışlarında Azərbaycana qarşı böhtan dolu çıxışlar edib.

Geri qayıt