Əsas Səhifə > Partiya > VAQİF HACIBƏYLİNİN OĞLU HƏBS OLUNDU

VAQİF HACIBƏYLİNİN OĞLU HƏBS OLUNDU


1-02-2012, 12:26
VAQİF HACIBƏYLİNİN OĞLU HƏBS OLUNDU

ONUNLA BƏRABƏR DAHA BİR MÜSAVATÇI GƏNC SAXLANILIB

Müsavat Gənclər Təşkilatının üzvləri Tural Hacıbəyli və Amid Süleymanov dünən axşam saatlarında həbs olunaraq Səbayel Rayon Polis İdarəsinin 9-cü polis bölməsinə aparılıb. Bu barədə “Yeni Müsavat”a gənc müsavatçı Rauf Məmmədov məlumat verib.

R.Məmmədovun sözlərinə görə gənclər Rəsulzadənin döğum günü ilə bağlı keçirilən tədbirdən çıxıb evlərinə gedərkən İran səfirliyinin yaxınlığında həbs olunublar: “Polis bölməsinin əməkdaşları bizə məlumat verərkən dedilər ki, gənclər İran səfirliyinə daxil olmağa cəhd ediblər. Bu səbəbdən də polis tərəfindən saxlanılıblar”.

Bölmənin qarşısında olan jurnalistlər isə tamam başqa fikir deyirlər: “Gəncləri polisə müqavimət adıyla həbs ediblər. Onlara cinayət işi açmaq istəyirlər”. Gələn xəbərə görə, onları məhkəməyə aparıblar, barələrində həbs-qətimkan tədbiri seçəcəklər.

Qeyd edək ki, Tural Hacıbəyli Əhrar partiyasının lideri, hüquqşünas Vaqif Hacıbəylinin oğludur.


Geri qayıt