Əsas Səhifə > Cəmiyyət, Manşet > DAHA BİR JURNALİSTİN HƏYATI TƏHLÜKƏ ALTINDA

DAHA BİR JURNALİSTİN HƏYATI TƏHLÜKƏ ALTINDA


25-11-2013, 16:03
DAHA BİR JURNALİSTİN HƏYATI TƏHLÜKƏ ALTINDA
VÜQAR QURDQANLI ÜRƏYİNDƏN ƏMƏLİYYƏT OLUNA BİLƏR

DİA.AZ: - Azərbaycanın tanınmış jurnalistlərindən birinin səhhətində ciddi problem yaranıb. Bu barədə DİA.AZ-a məlumat daxil olub.

Xəbərdə deyilir ki, tanınmış qələm sahiblərindən olan Vüqar Qurdqanlı ciddi ürək ağrılarından əziyyət çəkir.

Redaksiyamızın əməkdaşları ilə söhbətində bu məlumatı təsdiqləyən jurnalist bildirdi ki, durumu kəskin dərəcədə ağırdır: «Hazırda həkim müayinəsindəyəm. Əsas problem ürəklə bağlıdır. Həkimlər ümidverici nəsə demirlər».

Onu da bildirək ki, həkimlər Vüqar Qurdqanlının ürəyində ciddi problemlərin olduğunu irəli sürüblər. Və onun ürəyində əməliyyata ehtiyac duyulduğu da bildirilir.

Geri qayıt