Əsas Səhifə > Cəmiyyət, Manşet > 89 YAŞLI ŞƏKİLİ VƏTƏNDAŞLIQDAN İMTİNA EDİR

89 YAŞLI ŞƏKİLİ VƏTƏNDAŞLIQDAN İMTİNA EDİR


25-11-2013, 16:38
89 YAŞLI ŞƏKİLİ VƏTƏNDAŞLIQDAN İMTİNA EDİR
“BU ÖLKƏDƏ PULLUNUN HAQQI QORUNUR”

DİA.AZ: - Şəki şəhəri, Fərman Sadiqov küçəsi 8-də yaşayan Xəlilov Nurəddin Davud oğlu BMT-nin Azərbaycandakı Nümayənfəliyinə müraciət ünvanlayıb. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

“Azərbaycan mart 1992-ci il tarixdən BMT-nin üzvüdir. 10 dekabr 1948-ci il tarixdə BMT-nin BAŞ Assambleyyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul olunub. İndi gəlin görək bizim Azərbaycanda həmin bəyannammənin 10% -nə də olsa, əməl olunurmu?.

Olunmur və mən bir Azərbaycan vətəndaşı olaraq bunu sübut edə bilərəm. 1900-cu ildə inşa olunan iki otaqlı ev və sahəsi 3474 kv metr olan həyatyani torpaq sahəsi, mənim mərhum atam Xəlilov Davud Qurban oğlüna məxsus olub. Mərhumun 6 övladlarıdan, mən və boyük qardaşım həmin iki otaqlı evdə yaşamışıq. Orada darısqallıq yarandıgından, atam həyətin şimal hissəsində böyük qardaşımız M.Xəlilov üçun yeni iki otaqlı yeni ev tikib ona təhvil verib.

1969-cu ildə atam vəfat edən kimi, qardaşımız M.Xəlilov bizim yaşadığımız evin bütün sənədlərini, yas ərəfəsində ələ keçirərək, DƏDRX-də işləyən uzun illər fırıldaq yolu ilə Şəki vətəndaşlarının sənədlərinin izini itirib, sonradan küllü miqdarda rüşvət hesabına saxta sənədləşmə aparan Süleyman Məmmədovun vasitəsi ilə mənim ata mülkiyyətini üç nəfərin adına rəsmləşdirərək digər vərəsələri atamızdan miraz qalmış mülkiyyət payından məhrum etməklə yanaşı, Sülüyman Məmmədov atama məxsus həyətyani totpaq sahəsinin ölçüsünü saxtalaşdıraraq, qardaşım M.Xəlilov üçün yeni imkan yaradıb ki, o da bundan istifadə edərək, Şəki şəhər İcra hakimiyyətinə rəsmi muraciət edərək, guya evsiz kimi yenidən atamıza məxsus torpaq sahəsində ev timək ücün ərar alıb.Əlbəttə ki rüşvət yolu ilə. Qərar alan kimi, DƏDRX-nin dələduzları həmin ildən mənim qardaşım M.Xəlilov üçün yeni teniki pasport, sxem və digər saxta sənədlər tərtib etdikdən sonra, qardaşım Məmmədiyyə, oğlu Rasim Xəlilovun adıdan Şəki Rayon Məhkəməsində atamızdan miras qalmış evdən və həyətyani topaq sahəsinindən 50%- ni ona verilməsinə dair iddia irəli sürmüşdür.

Onların iddia ərizəsini yazan və mahkəmədə onlara havadarlıq edən isə Rasimin anasının yaxın qohumu Şəki rayon Məhkəməsinin Vəkillər şöbəsini müdiri Aydın Qaffarov olub, elə bütün bu fırıldaq usulları da mənim qar daşıma öyrdən də, Aydın Qaffarov özü olub”.

Daha sonra atasına məxsus olan 3474 kv.metr totpaq sahəsinin vergisini ödəən vətəndaş yazır: “Ancaq mhakimləri bunu nəzərə almadılar. Buradan tam aydın oldu ki, məhkəmələr haqqın yox, nahaqqın, onun pullarının yanındadırlar”. Narazı vətəndaş bildirir ki, artıq Azərbaycan vətəndaşlığından da imtina qərarı verib: “Hüquqlarımın tapdandığı bir ölkədə yaşamaq istəmirəm”.

DİA.Az bildirir ki, şikayətçi düşən Nurədfin Xəlilov 89 yaşındadır.

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt