Əsas Səhifə > Şou-biznes > VAQİF GƏRAYZADƏNİN 3-CÜ TƏLƏBƏSİNİN ACI HEKAYƏTİ
VAQİF GƏRAYZADƏNİN 3-CÜ TƏLƏBƏSİNİN ACI HEKAYƏTİ26-11-2013, 08:44 |
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Vaqif Gərayzadənin tələbəsi olmuş Əminə Şirin sən demə, üç il əvvəl həbsxanadaca ailə qurubmuş! Həmin Əminə ki, bir vaxtlar Natəvan Həbibi və Səidə Sultanla bir qrupda çıxış edib. Qızlar "Mərc-şou"da bek vokal olublar. Ə.Şirinin sevgilisi həbsxanaya düşdüyündən onunla ailə qurmaq üçün gəlinlik libası geyinib və elə bu vəziyyətdəcə həbsxanaya yollanıb. Onların nigahı dəmir barmaqlıqlar arxasındaca rəsmi qayda təqdiqlənib. Əminə ilk vaxtlar özünü xoşbəxt hesab etsə də, sonradan başının üstünü qara buludlar alıb. Belə ki, cəzası bitən əri azadlığa çıxar-çıxmaz Əminənin adına kredit yolu ilə bir avtomobil alıb. Amma kreditini vaxtlı-vaxtında ödəyə bilmədiyindən məhkəməyə verilib. Bir uşaq anası olan Əminə Şirin həmin kreditləri ödəməyə imkanı olmadığından indi məhkəmələrdə günahsız olduğunu sübuta yetirməyə çalışmaqdadır. Geri qayıt |