Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BEYLƏQANDA "ASAN" XİDMƏTİ NECƏ ÇƏTİNƏ DÜŞÜB?
BEYLƏQANDA "ASAN" XİDMƏTİ NECƏ ÇƏTİNƏ DÜŞÜB?26-11-2013, 08:53 |
Beyləqanın icra başçısını rayonda səyyar xidmət göstərən “ASAN xidmət”in fəaliyyətinə mane olmağa nə sövq edib? Gunxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) bu gün Beyləqanda səyyar fəaliyyətə başlayarkən ciddi problemlərlə qarşılaşıb. 24.11.2013-cü il tarixindən Beyləqan rayonuna yollanan “ASAN xidmət”in səyyar xidməti elelktrik enerjisinin kəsilməsi üzündən fəaliyyət göstərməyib. Adıçəkilən rayonda 25 noyabr tarixindən səyyar xidmətə başlamamlı olan “ASAN xidmət” günün sonuna qədər fəaliyyət göstərməyib. Xidmətə müraciət edən vətəndaşlar geri qaytarılıb. Gunxeber.com-un Beyləqanda olan əməkdaşının əldə etdiyi məlumata görə, vətəndaşlar baş verənlərə görə icra başçısını günahlandırıblar. Rayon sakinlərinin sözlərinə görə, son dövürlərdə Beyləqanda elelktrik enerjisi ilə bağlı ciddi problemlər yaranmayıb. Amma “ASAN xidmət”in rayonda fəaliyyətə başladığından bir neçə dəqiqə sonra elelktrik enerjisi kəsilib və iş saatının sonuna kimi problem həll olunmayıb. Nəticədə “ASAN xidmət”ə müraciət edən vətəndaşlar geri qayıtmalı olublar. Gunxeber.com Beyləqanda məhz 25 noyabr tarixində elelktrik enenrjisinin kəsilməi ilə bağlı şok faktlar əldə edib. Məlumata görə, “ASAN xidmət”in rayonda fəaliyyət göstərməsi icra başçıısnın ürəyincə deyilmiş. Buna görə də Vaqif Abdullayev alternativ yollara əl atmalı olub. Və nəticədə “ASAN xidmət” Beyləqan rayonunda ilk səyyar xidmət günün işləyə bilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacayıq. Geri qayıt |