Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏ QƏZETLƏRİN DƏRDİNDƏN DANIŞDI
İQBAL AĞAZADƏ QƏZETLƏRİN DƏRDİNDƏN DANIŞDI1-02-2012, 13:12 |
O, SÖZ və MƏTBUAT AZADLIĞI İLƏ BAĞLI MÜZAKİRƏLƏRİN TƏRƏFDARIDIR Milli Məclisin 1 fevral iclasında çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə parlamentin yaz sessiyası müddətində söz və mətbuat azadlığı ilə bağlı ciddi müzakirələr keçirilməsini təklif edib. O qeyd edib ki, bu sahədə çox ciddi problemlər var. “Media forum” saytının məlumatına görə, İqbal Ağazadə Bakı meriyasının paytaxtda səyyar qəzet satışına qadağa qoyduğunu vurğulayıb və deyib ki, bundan ən çox əziyyət çəkən müstəqil mətbuatdır. İqbal Ağazadə “Yeni Müsavat” qəzetinə son vaxtlar məhkəmə iddiaları vasitəsilə basqılar edildiyini də söyləyib. O, siyasi məhbuslar məsələsini də qaldırıb. Arif Hacılı, Bəxtiyar Hacıyev kimi məhbusların adını çəkən Ümid Partiyasının sədri deyib: “Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin ev sahibidir, təşkilatçıdır. Bu yarışın azad sözə, azad musiqiyə böyük dəyər verdiyini nəzərə alsaq, müsabiqə başlayana qədər siyasi məhbuslar azadlığa buraxılmalıdır. Bunun üçün ya Milli Məclis öz hüququndan istifadə edib amnistiya verməli, ya da prezidentə məhbusların əfvi xahişi ünvanlanmalıdır”. Geri qayıt |