Əsas Səhifə > Partiya > HAKİMİYYƏT SİYASİ YÖN DƏYİŞDİRİR?
HAKİMİYYƏT SİYASİ YÖN DƏYİŞDİRİR?26-11-2013, 11:55 |
Yaxın günlərdə hakimiyyətlə müxalifət arasında dialoq gözlənilir. Avropa.info-nun məlumatlı mənbədən əldə etdiyi məlumata görə, dialoq təklifi ilə hakimiyyət çıxış edəcək. Mənbə bildirir ki, dialoqda prezident seçkisi zamanı gərginləşmiş iqtidar-müxalifət münasibətlərinin normal məcraya salınması ilə yanaşı son zamanlar Azərbaycana qarşı xaricdən, xüsusilə də, Rusiya və İrandan yönələn təhdidlər məsələsi də müzakirə olunacaq. "Azərbaycan hakimiyyəti Gömrük İttifaqına üzv olmaq istəmir. Hakimiyyətin Vilnus sammitinə qatılacağı artıq dəqiqləşib. Bu məsələdə hakimiyyət və əsas müxalifətin fikirləri üzt-üztə düşür. " Qeyd edək ki, prezident İlham Əliyev bazar günü jurnalistlərlə görüşündə də, müxalifətin ünvanına xeyli müsbət ifadələr işlədib. Prezident müxalifətə münasibətdə deyib ki, fikirlərdə, düşərgələrdə fərqlilik mümkündür. "Lakin biz hamımız bir vətənin övladlarıyıq. Bütün məsələləri, problemləri öz aramızda danışıb, həll etməliyik. Azərbaycanın bütün siyasi qüvvələri ümumi inkişaf istiqamətləri üzrə demək olar ki, eyni fikirdədirlər." Mənbə bildirir ki, əslində Azərbaycan hakimiyyəti seçkidən sonrakı proseslərdə açılım xəttini əsas götürüb. Belə ki, prezidentin AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubleyinin keçrilməsi haqqında sərəncamı ,bundan sonra isə jurnalistlərlə görüşü və həmin görüşdə mətbuatın vəziyyəti ilə bağlı önəmli mesajlar verməsi bu xəttin başlanğıcıdır. Mənbə qeyd edir ki, baş tutacaq müxalifət-iqtidar dialoqundan Qərb dairələri də məlumatlıdır. "Məhz Qərb ,xüsusən də ABŞ seçkidən öncə hakimiyyətə müxalifətlə dialoqa başlamağı tövsiyyə edib." Mənbə iqtidar- müxalifət dialoqunda siyasi məhbuslar məsələsinin də müzakirə olunacağını və nəticədən aslı olaraq bir sıra siyasi məhbusların azadlığa buraxıla biləcəyini də deyib. Geri qayıt |