Əsas Səhifə > Partiya > YAP DİALOQ XƏBƏRİNİ ƏLƏ SALDI
YAP DİALOQ XƏBƏRİNİ ƏLƏ SALDI26-11-2013, 14:39 |
"Cəmiyyətdə mövzu tükənən kimi kimsə yenə dialoq sözünü ortaya atır və başlayır ki, dialoq yoxdur". Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iqtidar-müxalifət dialoqu ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. M.Qurbanlı qeyd edib ki, Azərbaycan cəmiyyətində dialoq mühiti var: "YAP istənilən mövzu ilə əlaqədar istənilən siyasi partiya ilə müzakirə aparmağa hazırdır və partiyanın qapıları dialoq adı altında danışmaq istəyənlərə açıqdır". YAP icra katibinin müavini vurğulayıb ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin tribunasından, mətbuatda çıxışlar edir, digər partiyalar KİV-dən, internetdən istifadə edir, öz qəzetlərində müxtəlif mövzularda diskussiyalar aparır, yazılar yazır: "Bunun özü cəmiyyətdə siyasi partiyalar arasında dialoqun göstəricisidir. Dialoq var və Azərbaycanda da dialoq mühiti olan və bu mühiti yaradan hakimiyyət var. Ona görə də "kimlə kim dialoqa gedəcək" adı altında bir mövzunu gündəmə gətirmək o qədər də doğru deyil. Dialoq mövzusunu istismar edənlər var. Müxalifət kimə deyirlər? Azərbaycanda 40-dan çox partiya var və onun əksəriyyəti müxalifətdir". M.Qurbanlı əlavə edib ki, bu partiyaların müxalifətdə olanının böyük hissəsi parlamentdə təmsil edilir: "Parlamentdə olmaq elə dialoq mühitində olmaq deməkdir. Dialoq deyəndə bəzi radikallar radikal partiyanın nümayəndəsinin hakimiyyətin ali rəhbərliyindən kiminləsə oturub danışmasını nəzərdə tutur. Bu, dialoq deyil, bu artıq kiminsə kimləsə görüşü ola bilər. Ona görə də, dialoq mühiti mövcud olan cəmiyyətdə dialoq-dialoq deyərək onu istismar edənlər başa düşməlidirlər ki, dialoq mühiti həmişə mövcud olub və bu gün də var". Geri qayıt |