Əsas Səhifə > Partiya > MİLLİ MƏCLİSDƏ İRANI SİLKƏLƏYƏN TƏKLİF
MİLLİ MƏCLİSDƏ İRANI SİLKƏLƏYƏN TƏKLİF1-02-2012, 13:49 |
“ŞİMALİ AZƏRBAYCAN RESPUBLİKASI” ADI GÜNDƏMƏ GƏTİRİLDİ Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. APA-nın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir". BAXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib. Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib. Geri qayıt |