Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV BU MİLLƏTİN QƏSDİNƏ DURUBMU?

ZİYA MƏMMƏDOV BU MİLLƏTİN QƏSDİNƏ DURUBMU?


27-11-2013, 09:31
ZİYA MƏMMƏDOV BU MİLLƏTİN QƏSDİNƏ DURUBMU?
NN ŞEFİNİN NƏZARƏTİ ALTINDA ŞOK BAHALAŞMA BUMU: BİZİ HARA APARIR?

DİA.AZ: - Neçə müddətdir ki, nəqliyyat nazirliyi şəhəriçi nəqliyyatda gediş haqqını qaldırma təşəbbüslərində bulunsa da, hökumət bu məsələyə sıcaq yanaşmırdı. Lakin deyəsən, artıq Ziya Məmmədov istəyinə nail olmaq üzərədir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, gələn ilin yanvar ayının 1-dən etibarən nəqliyyat sistemində total bahalaşma siyasəti həyata keçiriləcək.

Hətta vəziyətin sosial rifah halı onsuz da bərbad olan əhali üçün ciddi fəsadlara nədən olacağı ehtimalları da yüksəkdir. Çünki söhbət gedişhaqqı qiymətinin az qala iki dəfə qaldırılmasından, eyni zamanda bütün yanacaq növlərinin qiymətlərinin 30 faiz bahalaşmasından gedir.

Hökumət içindəki qaynaqlardan sızan informasiyaya görə, artıq NN tərəfindən Tarif Şurasına, Milli Məclisə və Prezident administrasiyasına bir neçə müvafiq sənəd ünvanlanıb: «Tarif Şurasına göndərilən təkliflərdə şəhəriçi avtobuslarda hazırda 20 qəpiyə göstərilən xidmətin 50 qəpik olması təklif edilir. Metroda gedişhaqqının da qalxması gözlənilir».

Mənbə bildirir ki, Ziya Məmmədov taksi sürücülərini də unutmayıb. Belə ki, NN şefi illərdir hədəfə aldığı köhnə sovet maşınlarının taksi kimi fəaliyyətinə birdəfəlik olaraq qadağanın qoyulmasınıa məhz gələn ilin əıvvəlindən nail ola biləcək. Ziya Məmmədovun eyni zamanda taksi xidmətlərinin şirkətlərə verilməsi yolunda da ciddi addımlar atmağa hazırlaşdığı deyilir. Bu isə o deməkdir ki, fərdi taksi servisi birdəfəlik olaraq ləğv edilir. Nəticədə minlərlə insan ailəsinin boğazından kəsib, qazancını Ziya Məmmədovla bölüşmək zorunda qalacaq: «Bu məqsədlə Milli Məclisə müvafiq hüquqi bazanın yaradılması üçün müraciət də göndərilib. Və nəzərdə tutulur ki, qanunsuz taksi xidmətinin müqabilində birinci dəfə 1000 manat, daha sonra isə 3000 manat cərimə tətbiq edilsin. Bu yolla Ziya Məmmədov tam olaraq taksi biznesini ələ keçirməyi qəsd edir».

Mənbəmizin sözlərinə görə, yanacağın bütün növlərinin qiymətinin də 30 faiz bahalaşmasını nəzərdə tutulan plan əslində Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına qarşı növbəti təzyiqi kimi qəbul edilməlidir. Hər halda, heç bir neft ölkəsində Azərbaycan qədərində bahaçılıq mövcud deyil. Biz bu qiymətlərlə dünyada ən bahalı benzin satan qardaş Türkiyəni belə geridə qoya biləcəyik.

Geri qayıt