Əsas Səhifə > Partiya > MÜSAVAT PARTİYASI İLƏ BAĞLI ŞOK İDDİA
MÜSAVAT PARTİYASI İLƏ BAĞLI ŞOK İDDİA27-11-2013, 11:31 |
İSA QƏMBƏR HAKİMİYYƏTLƏ MANDAT BAZARLIĞINA GEDİR? Avropa.info-nun dünən təqdim etdiyi "İqtidar- müxalifət" dialoqu başlayır" yazısı müxalifət cəbhəsində dartışmaya səbəb olub. Avropa.info-nun ölkənin ən güclü müxalifət partiyalarından birinin funksionerindən əldə etdiyi məlumata görə, Milli Şuraya daxil olan əksər qurumlarda belə bir fikir formalaşıb ki, hakimiyyət -müxalifət dialoqu Müsavat Partiyası ilə iqtidar arasında aparılacaq. ""Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu həm də, Müsavat Partiyasının üzvüdür. Onun İlham Əliyevlə görüşdən sonra, Müsavat başqanı İsa Qəmbərlə görüşməsi və başqanın da müxalifət cəbhəsinin ittihamlarına rəğmən Arifoğlunu dəstəklədiyini bəyan etməsi ciddi mətləblərdən xəbər verir. Milli Şurada əksəriyyətin fikiri budur ki, Müsavat Partiyası Rauf Arifoğlunun vasitəsi ilə hakimiyyətlə təkbaşına dialoqa gedəcək. Ehtimal ki, dialoqun nəticəsi 2015-ci il parlament seçkilərində Müsavata müəyyən yerlərin verilməsi ilə bitəcək." Rauf Arifoğlu isə "Yeni Müsavat" qəzetinə deyib ki, belə bir proses yoxdur, o, müxalifət funksioneri deyil, görüşə də yalnız baş redaktor kimi qatılıb: "Heç bir proses getmir, bunlar yalandır və qəsdən ortaya atılır. İqtidar müxalifətlə dialoq aparmaq istəsə, bunun üçün konkret adamlar, təşkilatlar var, mənim ortada nə işim? Belə eyhamları iki gündür mən də eşidirəm. Bu cür fikir yaratmağın özü də mənə qarşı təxribatdır". Geri qayıt |