Əsas Səhifə > Partiya > "İSA QƏMBƏR BAŞQANLIQDA QALMALIDIR"

"İSA QƏMBƏR BAŞQANLIQDA QALMALIDIR"


27-11-2013, 11:56
"İSA QƏMBƏR BAŞQANLIQDA QALMALIDIR"
“İsa Qəmbər partiya başqanlığında qalmalıdır”. Müsavat Divanının üzvü Nüşabə Sadıxlı “Media forum” saytına belə deyib.

Qurultaya hazırlaşan Müsavat Partiyasının nizamnaməsinə görə, eyni şəxs iki dəfədən artıq başqan postuna seçilə bilməz. İndiki başqan İsa Qəmbər 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda seçildiyindən postdan getməlidir.

Müsavat Divanının üzvü Nüşabə Sadıxlı isə hesab edir ki, İsa Qəmbər başqanlıqda qalmalıdır: “Mənim mövqeyim əvvəldən belədir. Düşünürəm ki, bir insan öz məqsədinə çatmadığı müddətə qədər mövqeyindən getməməlidir. Nə qədər ki, İsa Qəmbər Müsavat rəhbəri kimi partiyanı hakimiyyətə daşımayıb, başqanlıqda qalmalıdır. Amma bu məsələdə İsa Qəmbərin mövqeyi, istəyi var. İsa bəy demokratik adamdır. Demokratiyanın ilk göstəricilərindən biri qanunlara riayətdir. İsa Qəmbər düşünür ki, partiyanın nizamnaməsində onun növbəti dəfə başqan seçilməsini mümkün edən müddəa yoxdursa, buna əməl edilməlidir.

İndiki məqamda iki seçim var: müsavatçıların seçimi, bir də nizamnamənin seçimi. İsa bəy nizamnaməni seçəcəksə, başqanlıqdan getmək qərarı verəcək, yox, müsavatçıların istəyini seçəcəksə, postunda qalacaq. Bu seçim İsa bəyin özündən asılıdır”.

Divan üzvü qeyd edib ki, partiyada başqanlığa iddialı bir neçə şəxs var: “Mən özüm də iddiaçılardan biri ola bilərəm”.

Geri qayıt