Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİRLƏR KABİNETİNƏ ƏL GƏZDİRİLƏ BİLƏR

NAZİRLƏR KABİNETİNƏ ƏL GƏZDİRİLƏ BİLƏR


27-11-2013, 16:28
NAZİRLƏR KABİNETİNƏ  ƏL GƏZDİRİLƏ BİLƏR
NÜFZULU MƏMURLARDAN BİRİ İŞ BAŞINDA DEYİL

DİA.AZ: - Hakimiyyətin nüfuzlu məmurlarından biri neçə gündür ki, işə çıxmır. Bu barədə hökumət içindəki bilgili qaynaq məlumat verib. Bəri başdan bildiririk ki, həmin məmurun kimliyi ilə bağlı redaksiyamızda dolğun bilgilər var. Yalnız yanlış anlaşılma və fərqli qənaətlərin yaranmaması, həmçinin dəqiqləşdirmə imkanlarının məhdudluğu səbəbindən bu barədə əlavə bilgiləri paylaşmırıq.

Məlumatı DİA.AZ-a çatdıran mənbə iddia edir ki, həmin nüfuzlu məmurun məzuniyyətə çıxdığı da iddia olunur: «Amma vəziyyət tamam fərqlidir. Ola bilsin ki, vəzifəsindən birdəfəlik getsin və «məzuniyyət» dövrü başa çatmasın».

Mənbəmiz iddia edir ki, 22 oktyabr tarixindən sonra prezidentin Nazirlər Kabinetinin heyətini təsdiqləməsi heç də gözlənilən kadr islahatlarını arxa plana keçirmir: «Əksinə, yeni dəyişikliklər olacaq. Hətta ola bilsin ki, NK-nın heyətində bu gün təsdiqlənən hansısa məmur, sabah vəzifəsindən alınsın.

Belə bir nümunəyə rast gəlinib. Prezident İlham Əliyev hakimiyyətinin ilk illərində təsdiqlədiyi nazirlərdən bəzilərini sonradan yola saldı. Yəni belə bir nümunə var. Və kiminsə 22 oktyabr mərhələsindən «uğurla» çıxması, nəticənin əbədiliyi anlamına gəlməməlidir».

Geri qayıt