Əsas Səhifə > Partiya > GAMOH DÖNÜŞ QƏRARI VERİB
GAMOH DÖNÜŞ QƏRARI VERİB6-02-2012, 11:12 |
MAHMUDƏLİ ÇÖHRƏQANLI YENİDƏN QURUMUN SƏDRİ SEÇİLİB Fevralın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində yerli Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) IX Qurultayı keçirilib. Bu barədə APA-ya tədbirin iştirakçısı, GAMOH sədrinin müavini Cavad Abbasi məlumat verib. Onun sözlərinə görə, KAMUSEN-in qərargahında keçirilən qurultayda GAMOH üzvləri, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin ictimai-siyasi xadimləri, QHT rəhbərləri, qəzetlərin baş redaktorları iştirak ediblər: “Tədbirə GAMOH lideri, doktor Mahmudəli Çöhrəqanlı internet vasitəsilə qatılıb. Bundan əlavə, tədbirdə mən, professor, doktor Xanım Xəlilova, BBP sədrinin müavini Yaqub Demirkale, Türk Dünyası İnsan Haqları Dərnəyinin sədri Abdullah Buksur, İraq Türkləri Dərnəyinin sədri Həsən Dəmirçi çıxış etdi”. Cavad Abbasi deyib ki, qurultayda GAMOH-un qurucusu, doktor Mahmudəli Çöhrəqanlı yenidən təşkilatın sədri seçilib, yeni nizamnamə qəbul olunub, İdarə Heyətinin üzvləri seçilib. Sonda GAMOH adından bəzi qonaqlara mükafatlar verilib. Geri qayıt |