Əsas Səhifə > Dünya > ANKARADAN TEHRANA QINAQLAR

ANKARADAN TEHRANA QINAQLAR


6-02-2012, 11:15
ANKARADAN TEHRANA QINAQLAR

TÜRKİYƏ SURİYA MƏSƏLƏSİNDƏ İRANI TƏNQİD ETDİ

Suriyada baş verən zorakılıq qarşısında susan region ölkələri öz adlarından "İslam" sözünü çıxarmalıdırlar. Bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Xəbəri "Zaman" qəzeti yazıb.

"Maraqlıdır, görəsən niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?" - o deyib.

Arınçın sözlərinə görə, Türkiyə həmişə suriyalıların tələblərini dəstəkləyəcək və bu ölkədəki qanlı hadisələrin qarşısının alınması üçün əlindən gələn hər şeyi edəcək.

Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnaməsinin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.

Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.


Geri qayıt