Əsas Səhifə > Şou-biznes > ELZA SEYİDCAHAN FALÇI YANINA GETMƏYƏCƏYİNİ DEYİR

ELZA SEYİDCAHAN FALÇI YANINA GETMƏYƏCƏYİNİ DEYİR


28-11-2013, 08:47
ELZA SEYİDCAHAN FALÇI YANINA GETMƏYƏCƏYİNİ DEYİR
“Space” telekanalının canlı yayımında iştirak edən əməkdar artist Elza Seyidcahanı yenə də əsəbiləşdirdilər. “Mən falçı, görücü yanına getmirəm”, - deyən müğənni aldığı cavabdan odlandı, nə odlandı. Görücü Həsənin, “prodüser Sultan Mustafayevlə birgə “Avropa.az” radiosunda “Ekstra-debat” verilişinin qonağı idim. Falçı, görücü yanına gedən müğənnilərdən söz düşdükdə, Sultan dedi ki, Elza Seyidcahan da görücü yanına gedib-gəlir. İndi niyə danırsınız?” – deməsindən sonra Elza Seyidcahan mövzuya aqressiv şəkildə münasibətini bildirdi:

- Sultanı heç mən yaxından tanımıram. Bir-iki yerdə göstəriblər ki, bu Avropa prodüseridir. Onu bütün Avropa tanıyır da, lap yaxşı. Bilmirəm o nəyə əsaslanaraq belə deyib. Bəlkə onunla bir yerdə falçı yanına getmişəm? Niyə ağzına gələni danışır haqqımda? Mən danmıram, əvvəllər getmişəm, amma indi yox, indən belə də getmərəm.

Yaranmış qalmaqalla bağlı müğənnilərin, sənət adamlarının Avropa turnesini təşkil edən prodüser Sultan Mustafayevlə əlaqə saxlayıb, münasibətini öyrəndik:

- Elza xanım doğurdan da gözəl bəstəkardır, gözəl ifaçıdır və gözəl anadır. Başa düşmürəm ki, niyə mənimlə qalmaqal eləmək istəyir? Yəqin səbəbi də aydındır, toylar yoxdur. Bekarçılıqdandır... Yəqin son konsertimə dəvət almayıb, ona görə əsəbidir. Qoy eləsin, yəqin ehtiyacı var, ona işlərində uğurlar arzulayıram. Kim nə danışır, danışsın. Elza xanımla ailəvi dostuq.

Geri qayıt