Əsas Səhifə > Sosial, Manşet > 13 MANATIN QURBANI OLAN MƏHKUM

13 MANATIN QURBANI OLAN MƏHKUM


6-02-2012, 11:26
13 MANATIN QURBANI OLAN MƏHKUM

6 İL İŞ ALMIŞ MƏHKUM GÜNAHSIZ OLDUĞUNU HARAY ÇƏKİR

DİA.AZ: - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8-saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Adgözəlov Aqşin Xankişi oğlu mətbuata müraciət edib. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Kütləvi informasiya vasitəsi nümayəndələri. Əvvəla hamınızı salamlayıram, hər vaxtınız xeyir olsun. Mən qanunsuz olaraq ağır ittihamla, əsassız məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişəm. Buna görə də mətbuat vasitəsi ilə aidiyyatı orqanla müraciət edib, onlardan qanunu qaydada kömək etmələrini xahiş etmək istəyirəm. Həbsxanadan mətbuata müraciət qadağa olduğu üçün bu müraciəti yaxınlarım vasitəsi ilə sizə göndərirəm. Sizdən çox-çox xahiş edirəm müraciətimi mətbuata dərc edəsiniz.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2011-ci il tarixli hökmü ilə, AR.CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 6-il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qanunsuz olaraq məhkum edilmişəm. Bu cəza qətiyyən düzgün, qanunu deyil. Belə ki mən 10.06.11-ci il zərərçəkən Gündüz Aydınovdan 13 manat borc pul aldım. 11.06.11-ci il tarixində gecə saat 01:00 radələrində Gündüz pulunu geri almaq üçün evimizə gəlmiş, həmin günü pulu verə bilməyəcəyimi dedikdə o, məni ucadan nalayiq şəkildə söyüb-təhqir etdi, məni yumruqla vurdu və yaxamdan yapışıb məni sürüyüb çölə maşınının yanına aparıb istəmişdir. Mən qorxumdan həmin vaxt stolun üstündəki bıçağı götürdüm məndən əl çəkib çıxıb getsin deyə onu qorxutmaq istədim. Əksinə o daha da qızışaraq bıçağın üzərinə gəlmiş və nəticədə bıçaq ona batmışdır.

2011-ci ilin yanvarında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyüm üçün ağır xəsarət aldım, nəticədə dalağım rasplantasiya edildi. Elə bu səbəbdən bərk həyəcan, qorxu məni həmişə narahat edib. Zərərçəkən Gündüz həmin gün ki, vəhşi hərəkətləri məndə Yanvar ayındakı həyəcanımı yaşatdı, bərk qorxub, sarsıntı keçirdim. Bu faktları zərərçəkən Gündüz ifadələrində təsdiqlədi. İbtidai və məhkəmə istintaqında bunlar sübut olunsa da əhəmiyyət verilmədi. Əslində isə ortada olan sübutlara görə mənim əməlimə AR.CM -nin 129.1 və 130.1 –ci maddələrini tövsif edib, həmin maddələrin sanksiyası həddində mənə cəza təyin edilməli idi. Sumqayıt Apellyasiya Məhkəməsinə apelasiya şikayəti vermişəm.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev mənim və şahidlərin ifadlərini qəsdən təhrif edib, qərəzli, qanunsuz ittihama uyğunlaşdırıb, sərt cəza təyin etməklə qanunsuz hökm çıxartmışdır.

Həmçinin qeyd edim ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Gündüz iştirak təmin edilməmişdir ki, bu tam qanunsuzluqdur.Çünki 11.06.2011-ci il tarixində saat 1:00 radələrində baş vermişdir hadisə 2-mizin arasında olmuş 3-cu şəxs olmamışdır.

Kasıb , imkansız olduğumuzdan ağır ittihamla , qanunsuz hökmlə məhkum edildim. Əslində isə zərər çəkənin xəsarəti ağır yox , az ağır dərəcəli idi .Əgər mustəntiqə və ya məhkəməyə pul versəydik mənə qanunu ittiham verib , ədalətli hökm çıxarardılar. Zərərcəkənin təkrar məhkəmə tibbi ekspertizasından keçirilməsi üçün məhkəmədə qaldırdığım vəsadət təmin edilmədi.

Mənim kimi yüzlərlə vətəndaşlar mustəntiqlərin, məhkəmələrin özbaşınalıqlarına ,qanunsuzluqlarına görə ağır ittihamla ,ədalətsiz hokümlərlə ittiham edılırlər hamısıda mənim kimi kasıblardı . Atamağır şəkər xəstəsi olmaqla bu yaxınlrda ürəyindən cərrahiyyə əməliyyatı keçirilmişdir. Mənim qanunsuz sərt cəza ilə məhkum edilməyimdən atam bərk sarsıntı kecirmişdir. Mən Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə , Ədliyyə Naziri Fikrət Məmmədova, Baş Prakror Zakir Qaralova, Fuad ələsgərova və Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə muraciyət edib onlardan xaiş edirəm apellyasiya şikayətimə qanunu qaydada obyekt baxılıb, ədalətli qərar çıxarılmasına kömək edin. Ümüdüm sizədir. Xaiş edirəm Sumqayıt Apellyasiya Məhkəməsinə maraqlanasınız ki, işimə düzgün baxılsın. Hörmətli mətbuat sizdən çox xaiş edirəm müraciətimi dərc edin. Əvvəlcədən sizə minnətdarlığımı bıldirirəm. Allah köməyiniz olsun”.


Geri qayıt