Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TANINMIŞ ŞƏXSİ ALDADAN RƏSSAM ARADAN ÇIXIB

TANINMIŞ ŞƏXSİ ALDADAN RƏSSAM ARADAN ÇIXIB


28-11-2013, 09:57
TANINMIŞ ŞƏXSİ ALDADAN RƏSSAM ARADAN ÇIXIB
Redaksiyamıza rəssam Şamil Həsənovla bağlı yeni məlumatlar daxil olub. Məlumatda deyilir ki, təxminən 10 il bundan əvvəl Şamil Həsənov bir nəfər tanınmış şəxsi aldadaraq ona bir əsər satıb. Əsəri satanda müştəriyə yalandan deyib ki, guya bu əsər 14-cü əsirə aid olan Qannibalı Karaçı adlı tanınmış rəssamın əsəridir. Həmin əsəri 100 min dollara alan müştəri bu yaxınlarda bilib ki, Şamil Həsənov onu aldadıb və bu əsərin nə Qannibalı Karaçiyə, nə da 14-cü əsrə aidiyyəti var...

Şamil Həsənovun yaşadığı ünvana üz tutan müştəri onu evdə tapa bilməyib və bir neçə dəfə rəssamın mobil telefonuna zəng eləsə də telefon bağlı olub. Yenidən rəssamın yaşadığı ünvana üz tutan şikayətçi onun müştəridən qaçıb başqa yerdə qizləndiyinin şahidi olub.

TANINMIŞ ŞƏXSİ ALDADAN RƏSSAM ARADAN ÇIXIB

Şamil Həsənovun yaşadığı məhlədə qonşularla apardığımız söhbət zamanı məlum oldu ki, bu rəssamın ilk fırıldağı deyil. Belə ki, bir neçə il bundan əvvəl də başqa müştəriyə saxta bir əsəri qədim əsər adı ilə satan Şamil Həsənov müştəridən qaçıb qizlənməli olub. Ancaq sonradan müştəri bir neçə nəfərlə məhləyə gəlib Şamilin özün tapmadıqda rəssamın oğlu Adil Həsənovla ( o da rəssamdır ) söhbəti davam etdiriblər. Məsələnin ciddiləşdiyini görən Şamil Həsənov aldığı pulu geri qaytarmağa söz verib və saxta əsəri geri götürüb. Ancaq mənbənin məlumatına görə, pul hələ də müştəriyə qaytarılmayıb... \ Qafqaznews.az \


Geri qayıt