Əsas Səhifə > Dünya > ERMƏNİ MƏTBUATI PUTİNİ ERMƏNİSTAN PREZİDENTİ KİMİ TƏQDİM ETDİ

ERMƏNİ MƏTBUATI PUTİNİ ERMƏNİSTAN PREZİDENTİ KİMİ TƏQDİM ETDİ


28-11-2013, 10:09
ERMƏNİ MƏTBUATI PUTİNİ ERMƏNİSTAN PREZİDENTİ KİMİ TƏQDİM ETDİ
“Ermənistan de-fakto öz prezidentləri – Vladimir Putini qarşılamağa hazırlaşır”. ANS PRESS-in məlumatına görə, Ermənistanın “Jamanak” qəzeti bu başlıqla yazı dərc edib.

Ermənistan mətbuatı xəbər verir ki, Rusiya prezidentini yüksək səviyyədə qarşılamaq üçün Moskvadan İrəvana çoxlu sayda nümayəndə heyəti və Vladimir Putinin zirehli maşını gətirilib.

Həmçinin Vladimir Putinlə yanaşı Ermənistana 600 nəfər də qonaq da gələcək və təbii ki, onların hər birinin bu Cənubi Qafqaz ölkəsində öz işi olacaq.

Erməni mediası yazır ki, ölkə iqtisadiyyatının 80 faizi Rusiyanın iş adamlarına məxsusdur. Və bu baxımdan müəssisələrin yalnız adları Ermənistana məxsusdur, əslində onların hamısı Rusiya bisnesmenlərinindir. “Joxovurd” qəzeti isə vurğulayır ki, Ermənistan prezidenti Serj Sarkisyan ölkənin təhlükəsizlik orqanlarına hər hansı bir etiraz aksiyasının ola biləcəyi barədə informasiya əldə etməsi tapşırığını verib.

Geri qayıt