Əsas Səhifə > Şou-biznes > "SƏRXAN SƏRXAN MƏNİ İSTƏDİ, AMMA RAZILAŞMADIM"

"SƏRXAN SƏRXAN MƏNİ İSTƏDİ, AMMA RAZILAŞMADIM"


28-11-2013, 10:12
"SƏRXAN SƏRXAN MƏNİ İSTƏDİ, AMMA RAZILAŞMADIM"
Müğənni Şəbnəm Tapdıq uzun illərdir ailə qurmamasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Pərdə” verilişinə müsahibəsində həmkarı olan biri ilə ailə qurmaq istədiyini deyib:

“Hər qurulan ailə xoşbəxt olmur. Hər zaman deyirdim ki, mən müğənniyəm, elə insanla ailə qurmalıyam ki, sənətimi başa düşsün. Mən yalnız bir müğənni ilə ailə qura bilərdim. Düzdür, bir ara Sərxan Sərxan adlı sənətçinin məni istədiyi xəbəri çıxdı. Amma ona da razılaşmadım. O qədər sevgi məktubları almışam ki. Hamısını cırıb atırdım. Sonradan anam dedi ki, hamısı bir xatirədir, saxla. Bu gün özümlə, adımla fəxr edirəm. Çünki mən sənətin ilk Şəbnəmiyəm. Çox insanlar övladlarına mənim adımı veriblər. Məni görəndə millətin ürəyi gedirdi, sevənlərim çoxdur”.

Geri qayıt