Əsas Səhifə > Dünya > AVROPA PARLAMENTİNİN SƏDRİ RUS TƏHLÜKƏSİNDƏN DANIŞDI

AVROPA PARLAMENTİNİN SƏDRİ RUS TƏHLÜKƏSİNDƏN DANIŞDI


28-11-2013, 10:29
AVROPA PARLAMENTİNİN SƏDRİ RUS TƏHLÜKƏSİNDƏN DANIŞDI
Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan və Moldovanı təbrik edərək Ukrayna və Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etmələrindən məyus olduğunu bildirib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, M. Şults deyib ki, “Şərq tərəfdaşlığı” AB və onun şərqdəki qonşularını vətəndaşların rifahı naminə yaxınlaşdıran vacib layihədir. O, Vilnüs sammitini bu prosesdə önəmli addım olduğunu söyləyib: “Mən Moldova və Gürcüstanı AB ilə assosiasiya sazişini paraflamaq barədə qərarları ilə əlaqədar təbrik edirəm. Lakin mən Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina etmələrindən dərin məyusluq keçirirəm. Təəssüfləndirici hal odur ki, bu ölkələrin öz seçimlərinə yenidən baxmaları xarici təzyiqlə əlaqədardır. Biz aydın və ucadan bəyan etməliyik ki, Rusiyanın bizim qonşularımıza qarşı iqtisadi və siyasi təzyiqləri qəbuledilməzdir”.

AP rəhbəri sonda vurğulayıb ki, assosiasiya sazişi imzalamaq üçün AB-nin qapıları açıqdır və Avropa Birliyi xalqların Avropa ümidinə heç vaxt əngəl olmayacaq.

Geri qayıt