Əsas Səhifə > Cəmiyyət > ÇİNGİZ QƏNİZADƏ ARTUR RƏSİZADƏYƏ NİYƏ MÜRACİƏT ETDİ?

ÇİNGİZ QƏNİZADƏ ARTUR RƏSİZADƏYƏ NİYƏ MÜRACİƏT ETDİ?


28-11-2013, 11:58
ÇİNGİZ QƏNİZADƏ ARTUR RƏSİZADƏYƏ NİYƏ MÜRACİƏT ETDİ?
DİA.AZ: - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə 9 oktyabr - Prezident seçkiləri ərəfəsində seçiciləri ilə keçirdiyi görüşlər zamanı kəndlərdə mövcud olan problemlərin aradan qaldırılması üçün onlara verdiyi vədi unutmadı və Baş nazirə müraciət etdi.

DİA.AZ xəbər verir ki, İmişli rayonunun 24 , Beyləqan rayonunun isə 17 kəndində görüş keçirmiş millət vəkilini ən çox narahat edən məsələlərdən biri də kənd məktəblərinin vəziyyəti olub. Belə ki, Ç.Qənizadə seçicilərinin xahişi ilə həddindən artıq bərbad və acınacaqlı vəziyyətdə olan İmişli rayonu H.Hüseynov adına Qızılkənd tam orta məktəbi, Beyləqan rayonu Rövşən Əliyev adına Gödəklər kənd tam orta məktəbi, Şərq qəsəbəsi tam orta məktəbi və Xalac (Aşıqalılar) kənd tam orta məktəbinin əsaslı təmir və ya yeni müasir məktəb binalarının inşası ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə məktub ünvanlayaraq müvafiq tədbir görməyini xahiş edib.

Millət vəkili müraciətinə həmin məktəblərin görüntüsünü əks etdiən foto-şəkilləri də əlavə edib.

Ç.Qənizadə bildirib ki, gündən-günə inkişaf edən və çiçəklənən qüdrətli Azərbaycanımızın adına layiq olmayan həmin məktəb binalarının yeni müasir məktəblərlə əvəzlənməsi, həm də bu təhsil ocaqlarında təhsil alan gənc nəslə bir töhfə olacaqdır.

“İnanıram ki, qeyd etdiyim problem 2014-cü ildə öz həllini tapacaq” , - deyə millət vəkili bildirib.

Geri qayıt